Dünyaca məşhur rəssamlar tərəfindən çəkilən rəsm əsərləri yüz illər keçsə də, öz aktuallığını itirmir. Bu əsərlər həm çəkilmə texnikasına görə, həm də özündə saxladığı bəzi gizli məqamlarına görə hər kəs tərəfindən maraqla qarşılanır. Bilgisel.az saytı olaraq, sirli məqamlarla dolu rəsm əsərlərini sizə təqdim edirik.
Vitruvius Adamı”
“Vitruvius Adamı” Leonardo Da Vinçinin ən məşhur əsərlərindən biridir. Leonardo bu eskizi romalı memar Vitruviusun “Nisbətlər” qaydasına uyğun olaraq çəkməyə çalışıb. İdeal kişi bədəninin necə görünməsinin riyazi yolla təsvir edilməsi ilə yanaşı Vitruvius eyni zamanda bu qaydaların inşa olunan tikililərə, abidələrə də tətbiq olunmasının lazımlığını müdafiə edirdi. Əksər rəssamlar Vitruviusun qaydalarını rəsm əsərinə çevirməyə çalışıb, amma Vitruviusun “Fiziki kamillik” adlandırdığı ideyaya ən yaxın olanı Leonardonun düşündüyü bu versiya hesab olunur.
Müəllifi bilinməyən – “Pəncərədəki qadın”
London Milli Qalereyasında 1500-cü illərdə naməlum rəssam tərəfindən çəkilmiş rəsmin bərpası zamanı qeyri-adi qrim üzə çıxdı. Məlum oldu ki, şəkildəki sarışın qız əslində qaraşın imiş, onun saçlarının rəngi isə əslinin üzərində rəssam tərəfindən sonradan dəyişdirilib. Bu gün şəkil ilkin versiyada Milli Qalareyada saxlanılır.
1. Enqr – “Hökmdarın büstü”
Rəssam Enqrin 1811-1812-ci ildə çəkdiyi bu şəklin sol tərəfində Roma polis rəisinin Napaleonun şəhəri işğal etməsindən sonrakı zamana aid görüntüsü var. Rəsmdə isə hətta adi gözlə də uşaq başının cizgiləri sezilir. Güman edilir ki, bu cizgilər Napaleonun Roma kralı elan edilən oğluna aiddir. 1814-cü ildə Napaleon tamamilə məğlub olub taxtdan devriləndə Enqr siyasi əsaslara görə onu rəngləyir və üstünə yenisini çəkir.
Edvard Munk – “Qışqırıq”
Bu əsər müasir incəsənətin simvolu və çağımızın Mona Lizası kimi qəbul edilir. Bəs yenicə sənətə başlayan gənc rəssamlar üçün ilham qaynağı olan bu əsərin sirri nədədir? Göyün üzü nə üçün bu haldadır və əriməkdə olan şama bənzəyən bu adam niyə dəhşət içindədir? Munkun öz gündəliyində etdiyi qeydlərdə belə yazır: “İki dostumla birlikdə yol gedirdim; bu zaman günəş batdı, bir anda səma qıpqırmızı rəngə boyandı və üzərimə dərin bir hüzn çökdü. Qorxu içində tərpənmədən dayanır, özümü çox əldən düşmüş hiss edirdim; qan-qırmızı buludlar və atəşdən tutulan mavi-qara fiord (ensiz, dərin, yamacları dik və qayalıq dəniz körfəzi). Yoldaşlarım yola davam etdilər, mən tək başıma bu hisslərin qoynunda titrəyərək orada dayandım. O an mən təbiətin nəhəng qışqırığını eşitdim”. Əlbəttə, əksər insanlar rəssamın gündəliyində qeyd etdikləriylə razılaşmır. Sual yarana bilər ki, sadə bir gün batımı, onun yaratdığı effekt rəssamda nə üçün belə təəssürat yaratsın ki?! Bunun səbəbini isə belə izah edirlər: 27 Avqust 1883-cü ildə dünyada ən böyük vulkan partlayışı baş verib. Bu İndoneziyadakı “Krakatoa” vulkanının ardıcıl olaraq daşması o dərəcə sarsıdıcı və güclü idi ki, atmosfer temperaturunun 1 dərəcə aşağı düşməsinə səbəb olmuşdu. Həmin an vulkanın səmaya püskürtdüyü toz və kül yer kürəsinin hər tərəfinə dağılmış, bu da günəş batarkən səmada qeyri-adi görüntü effektinin yaranmasına səbəb olmuşdu. 1883-cü ilin sonuna qədər bu toz və kül İndoneziyadan Norveçə qədər gedib çatmış və Munka “Qışqırıq” əsəri üçün ilham qaynağı olmuşdu.
Pablo Pikasso – “Yaşlı gitaraçı”
1901-1904-cü illər Pablo Pikasso üçün ağır dövrlər idi. Onun hətta iş üçün yeni materiallar almağa belə pulu yox idi. O, tez-tez köhnə kətanların üstünə örtük çəkir və onlardan yeni şəkillər üçün istifadə edirdi. Belə şəkillərdən biriMübariz ZƏKİ də məşhur “Yaşlı gitaraçı” rəsmidir. Həmin tabloda qadının kölgəli fiquru aşkara çıxarılıb.