Mayenin özüllüyü ona təsir edən qüvvəyə proporsional olaraq artır. Bu bizim həmişə məişətdə rast gəldiyimiz adi mayelərə aiddir. Əksər sadə bircins məhsullar, aşağı konsentrasiyasiyalı sulu məhlullar, kiçikmolekullu üzvi birləşmələr və s. Belə mayelərdə özlülük mayenin axma sürətindən, sürət qradientindən asılı deyil və Nyuton mayeləri adlanırlar.

Strukturlu mayelərdə isə hər şey sizin ona necə təsir etdiyinizdən asılı olaraq dəyişir. Mayeyə sürətlə və müəyyən qüvvə ilə təsir edilsə, onun özüllüyü və sıxlığı artar və kifayət qədər güclü təsir zamanı hətta bərkiyə bilər. Qeyri-nyuton mayeləri adlandırılan bu mayelərin qeyri-tipik davranışının sirri onun strukturunda gizlənir. O, bircins deyil və xaotik əlaqəli birləşmiş iri molekullardan ibarətdir. Qeyri-Nyuton mayelərin bir növü yüksək təzyiqə məruz qaldıqda onun özlülüyü artır və o qatılaşaraq özünü bərk maddə kimi aparır. Bunun səbəbi isə bu cür mayelərin hissəciklərinin adi maye hissəciklərindən daha böyük olmasıdır.

Cəld deformasiyaya gətirib çıxaran qüvvəyə məruz qaldıqlarında onların hərəkət edib və öz quruluşlarını dəyişdirməyə “vaxtları qalmadığından”, bu cür mayelər müqavimət göstərir. Bunlara yükəskmolekullu üzvi birləşmələri, suspenziya və emulsiyanı misal göstərmək olar. Qeyri-nyuton mayesinin axmasına sərf olunan enerjinin bir hissəsi mürəkkəb molekulüstü quruluşların dağılmasına sərf olunur və maye daha böyük özlülük göstərir. Qan da tipik qeyri- nyuton mayesidir.

Qeyri-nyuton mayelərinə ən sadə nümunə içərisində nişasta həll olmuş sudur. Əgər siz bir hovuzu nişastanın qatı sulu məhlulu ilə doldursaz bir az sürətlə onun üzərində qaçmaq mümkündür.

Bənövşə Əsgərova