Məşhur futbolçu Kriştiano Ronaldo futbol meydanlarında olduğu qədər, futboldan kənarda da yüksək məvaciblər alır.

Bilgisel.az xəbər verir ki, Ronaldo “Instagram” hesabından bir paylaşım etmək üçün 1 milyon 250 min dollar alır.

Belə ki, onu bu sosial şəbəkədə 500 milyon istifadəçi izləyir.

Qeyd edək ki, Ronaldonun meydanlarda ən böyük rəqibi Lionel Messi isə bir paylaşıma görə 881 min dollar qazanır.