Hər bir qadının bəzəyi saçlarıdır. “Sindirella” filmini izləyənlər onun saçlarına qibtəylə baxır və yalnız elə saçların filmlərdə ola biləcəyini düşünürlər. Amma təbii ki, bu elə deyil. Düzgün qulluqla saçlarımızı daha uzun və həcmli edə bilərik.

Saçınızı qoruyun

Five ways to maintain healthy hair during monsoon | The Express ...

Saçınızı daima günəşdən, küləkdən və yağışdan qoruyun. Hədsiz dərəcədə suya, günəş ışığına məruz qalmaq hazırki dövrdə yaranan saç problemlərinin əsas səbəblərindəndir.

Yaş saçlarla diqqətli olun

Gözəl saçlar

Saçlarınızı yuyarkən çox sərt əl hərəkətlərindən qaçının. Və saçlarınız sulu ikən daramayın. Bu zaman saçlar daha çox tökülür.

Saçları daramaq saçın parlaqlığını artıran vacib bir üsuldur. Fəqət, həddindən çox daramaq saçların qırılmasına səbəb olur.

Həmçinin saçları çox yumaq tövsiyə olunmur. Çünki su saçdakı nəmi yox edər və saçımızın qurumasına səbəb olar.

Əsasən qaynar su ilə saçları yumaqdan və saç düzləşdirici fenlərdən lazım olmadıqca istifadə etməkdən qaçmalıyıq. Bu kimi ütü və fenlərdən istifadə etməzdən əvvəl saç qoruyucu kremlər ilə saçınızı güvənə alın.

Saçınız asanlıqla şişirsə səbəbi saç kremi istifadə etməməyinizdir

Hər dəfə saçlarınızı yuduqdan sonra nəmləndirici saç kremləri işlədin. Amma həmin kremləri saç dibinə sürtmək olmaz. Çünki saç kremləri saç uclarını nəmləndirmək üçündür. Saç diblərinin yağlanmasına səbəb ola bilər. Saç maskası seçərkən saç tipimizə uyğun olanı seçməliyik.

Saçlarımızı sıx yığmaqdan və hörməkdən imtina etməliyik

Hansı elektrikli qıvrımları seçəcək: müştəri rəyləri. Hansı ...

Çox sıx hörüklər saçların qırılmasına və tökülməsinə səbəb olur. Möhkəm saç aksesuarlarından qaçmalıyıq.

Sağlam saçlara sahib olmaq istəyən hər kəs sağlam qidalanmalıdır. Sağlam bədən saçlara da təsir göstərir. Vitamin, dəmir və protein kimi bəzi qidalar saçların böyüməsində və daha qalın olmaları üçün faydalıdır.

Ülkər Abdurahmanlı