Bildiyiniz kimi Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə (noyabrın 21-dən etibarən) ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. 

Qərara əsasən, maskanı düzgün formada istifadə etməyən şəxslər də cərimələnəcəklər.

Maskadan düzgün istifadə dedikdə ağız və burun hissənin tam örtülməsi nəzərdə tutulur.

Həmçinin sosial şəbəkələrdə yayılan infoqrafikada uzun saqqalın maska taxma qaydalarını pozduğu bildirilir.

Qeyd edək ki, məşhur futbolçu Lionel Messi də maska taxmaq üçün bir müddət əvvəl saqqaldan imtina etmişdi.

 

Maska taxarkən diqqətli olun

Saqqal maskaya təsir edir