“Dağlıq Qarabağdakı münaqişə tərəflərini və digər “beynəlxalq oyunçuları” qarşıdurma ritorikasını artırmağı dayandırmağa çağırıram.
Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında söyləyib.
S.Lavrov Rusiya, Azərbaycan və Ermənistanın yaxın vaxtlarda bölgədəki atəşkəsə nəzarət mexanizmi barədə razılığa gələ biləcəyini də söyləyib:
“Başda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri olmaqla, Müdafiə Nazirliyimiz də daxil aktiv şəkildə çalışırıq. Belə bir mexanizm yaxın vaxtlarda razılaşdırıla bilər”.