Dünyadakı qeyri-adi hadisələrdən biri də Siam əkizliyidir. Hər 150 min doğuşdan birində bu halın olma ehtimalı var.

Siam əkizləri kimdir? Bu xəstəlik ilk dəfə harada müşaiyət edilib və müalicəsi varmı? və s. kimi sualları sizin üçün araşdırdıq.

Bu günə qədər əkiz olanları Siam adı ilə adlandırdığımız hal olub. Lakin, indiyə kimi heç bir Siam üç və ya dördlü əkizlərdən ibarət olmayıb. Belə ki, siamlar daha çox əkiz adlandırdığımız iki cüt yumurtanın birləşməsindən ibarət olur.

Bitişik əkizlər

Bitişik əkizlərin ayrılması

Siam əkizləri necə yaranır?

Yumurtlamadan sonra qadında, inkişaf baş verərsə, hüceyrə bölünməsinin başlanğıcından 13-cü gündən sonrakı dövrdə əkiz körpələr görünsə, birləşən əkizlər Siam əkizləri ola bilər. Tək yumurta və cüt yumurta əkizləri hamiləliyin inkişafının daha erkən dövrlərində görünür və bədən, orqan inkişafı hər iki körpədə heç bir problem olmadan davam edir. Birləşik əkizlərdə isə inkişaf zamanı müəyyən bir anda fasilə yaranır və bu zaman körpələr böyüdükcə yeni bir orqan inkişafı olmur.

Bitişik əkizlər ana bətnində inkişafını tək əkiz kimi başlayır və eyni su kisəsi və plasentanı bölüşürlər. Onlardan təxminən yarısı ana bətnində ölür və ya doğuşdan sonra 75%-i bir gündən çox yaşaya bilmir. Nəticədə, ana bətnində ultrasəs diaqnozu qoyulmuş bitişik əkizlərin yalnız 5% -i doğuşdan sonra uzun müddət yaşamaq şansına malikdir. Bitişik əkizlərin cinsləri və görünüşləri eynidir.

Qeyd edək ki, bitişik olaraq dünyaya gələn siamların 70% -ə qədəri qadın cinsinə məxsusdur.

Siam əkizlərinin müalicəsi var?

Bitişik əkizlərin əməliyyatla ayrılması əvvəlcə zəruri və vacib görünə bilər, lakin bu növ cərrahiyyə əməliyyatında uğur şansı çox azdır. Körpələr dünyaya gəldikdə, müvafiq həkimlər ultrasəs, MR və digər diaqnostik metodlardan istifadə edərək bədənin və daxili orqanların quruluşunu anlamağa çalışırlar. Bu məlumata görə, siam əkizlərin ayrılması hər iki körpənin həyatı ilə uyğun gəlirsə, əməliyyat aparılır.

Siam əkizləri

Çanq və Enq Bunker siam əkizləri

Dünyanın ilk bitişik qardaşları

Tarixdə ilk dəfə “Siam əkizləri” ifadəsinin yaranması taylandlı bitişik əkiz Çanq və Enq Bunker (1811-1874) qardaşlarının adı ilə bağlıdır.

Qardaşlar 40 ilə yaxın ömürləri boyunca bitişik yaşasalar da, ayrılıqda bütün bədən üzvlərinə sahib idilər.

1843-cü ildə Çanq Adelaid Yates, Enq isə onun bacısı Sara Enn ilə evlənib. Çanqın 10, Enqin isə 11 uşağı olub. Qardaşların övladlarının bugünkü davamçılarının sayı min beş yüzə çatır.

Əkizlər həmçinin, ABŞ vətəndaşlığına da qəbul ediliblər.

Bir çox məşhurlar, o cümlədən, Darin Strauss onlar haqqında kitab, Mark Tven isə qısa məqalə yazıb. Tarixdə ilk dəfə görülən bu qardaşlar barəsində dəfələrlə müzikllar yaradılıb və tamaşalar səhnələşdirilib.

1874-cü ildə Çanq pnevmaniyadan dünyasını dəyişir, bir neçə saatdan sonra isə Enq vəfat edir.

Bu hadisədən sonra bitişik doğulan əkizlərə “Siam əkizləri” deyilməyə başlayıb.

Gülayə Mecid