Avstraliyanın Sidney sahillərində mavi balina görülüb. Bu hadisə 100 ildə 3-cü dəfədir ki, baş verir.
Mavi balinalar- Yer üzündəki ən böyük dəniz canlıları nadir hallarda sahilə yaxın ərazilərdə görünür. Bu dəniz canlısı Sidney sahillərində çəkiliş aparan fotoqraf tərəfindən lentə alınıb.
Sidney sahillərində görünən bu mavi balina haqqında BBC-yə danışan Milli Parklar və Vəhşi Təbiət Xidmətindən Andrev Marşall bu dəniz canlısının 25 m uzunluğunda və 100 tondan çox ola biləcəyini deyib. O, “Mavi balina, planetin ən böyük heyvanıdır, lakin böyüklüyünə baxmayaraq, Sidney sahilləri tərəfindən diqqət çəkmədən asanlıqla sürüşə bilərdi”deyə bildirib.
Gülər Seymurqızı