Dünyada yaşayan solaxaylar hər il avqustun 13-də Ümumdünya Solaxaylar Gününü qeyd edirlər. Ümumdünya Solaxaylar Günü 1992-ci ildə Britaniya solaxaylar klubunun təşəbbüsü ilə təsis edilib.
Tarixçəsi
Dünyada solaxaylar hərəkatının vüsət almasının maraqlı tarixçəsi var. 1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn tapança qabını sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarıb. Uinborn solaxay olduğundan tapança qabını kəmərinin sol tərəfindən asırdı, halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurub. Amerikalı solaxaylar Uinbornun müdafiəsilə bağlı mitinqlərə başlayandan sonra məhkəmə adı çəkilən polis əməkdaşının öz işinə bərpa edilməsinə dair qərar çıxarmağa məcbur olub.
Qədimdə solaxayları “şeytan” adlandırıb yandırırdılar.
Solaxaylar sol əllə yeyir, sol əllə iş görür, elə həmin əllə də yazırlar. Qədim Romada bu cür insanları «sinister», yəni «pislik», Orta əsrin kilsə xadimləri isə onları «şeytan» adlandıraraq, yandırırdılar. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini deyirdilər.
İşlərini uğurla görürlər
Alimlər solaxaylar və normal insanlardan ibarət iki qrup yığıb, onlara müxtəlif işlər tapşırıblar. Solaxaylar digər qrupa nisbətən, daha yaxşı sürücülük edib, yemək bişirib, təmir işlərini uğurla bitirərək, daha yaxşı nəticə göstəriblər.
Solaxayların fərqli cəhətləri
Solaxaylıq genlə gəlir.
Solaxay insan qarşısındakı məsələyə daha tez cavab tapır.
Onların çoxu şizofreniyadan əziyyət çəkir.
Solaxaylarda hətta psixi problemlər də başqa cür müalicə olunur. Şizofrenik insana uzun müddət dərmanların təsiri olmur.
Solaxay kişilər qadınlara nisbətən, daha çox psixoloji sarsıntı keçirir.
Bəzi solaxay kişilər isə alkoqolizmin qurbanı olurlar.
Solaxayların nitqində qəribəlik hiss olunur.
Adi insanların saçı saat əqrəbi istiqamətində, solaxaylarınkı isə saat əqrəbinin əksi istiqamətində bitir.
Şimpanzelərin 2/3 hissəsi, pişiklərin çoxu, siçanların 44%-i, ayıların 28%-i solaxaydır.
Sol əli ilə döyüşən idmançı çox zaman qalib gəlir.
Onlar niyə az yaşayırlar?
Deyilənə görə sağ və solu tənzimləmə qabiliyyəti zəif olduğundan solaxaylar hər zaman qəzalar nəticəsində dünyasını dəyişirlər. Ona görə də solaxaylar adi insanlara nisbətən, daha az ömür sürürlər.
Solaxay məşhurlar
Albert Eynşteyn, Mark Tven, Janna Dark, Betxoven, Yuli Sezar, Mikelancelo, Merilin Monro, Barak Obama, Makedoniyalı İsgəndər, Leonardo da Vinçi, Napoleon Bonapart, Corc Buş, Bill Qeyts solaxay məşhurlar arasındadır. Azərbaycanda isə Aşıq Ələsgər, Aşıq Firudin, Aşıq Qələndər solaxay olublar.