General – mayor  Polad Həşimov

Polad Həşimov

General – Mayor Plad Həşimov

1975-ci ildə Sumqayıtda doğulmuş Polad Həşimov əslən Qəbələnin Vəndam kəndindəndir. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli məktəbdə sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Azərbaycanda H.Əliyev adına Ali hərbi məktəbdə , Türkiyədə hərbi akademiyada təhsil alıb. Polad Həşimov 2003- cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətə  görə” medalı ilə ,  2009- cu ildə polkovnik – leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda ” medalı ilə  təltif olunub.

2014- cü  ildə iyunun 25- də III- dərəcəli Vətənə xidmətə  görə təltif olunan P.Həşimov 2016- cı ildə  Aprel döyüşlərində göstərdiyi  qəhrəmanlıqlara görə II- dərəcəli “Vətənə xidmətə görə ” ordeni ilə  mükafatlandırıılıb. 2019- cu ildə Polad Həşimov general- mayor ali hərbi rütbəsini  alıb və ardınca o , Azərbaycan Silahlı Qüvvələrinin 3 – cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur.

General – mayor Polad  Həşimov 2020- ci ilin iyulun14 – də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı  düşmən Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur.

Beləliklə də, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan  sonra 1988-ci ildən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı oldu.

General – leytenant Çingiz Məmmədov

Çingiz Məmmədov

General – Leytenant Çingiz Məmmədov

Çingiz Məmmədov 1951- ci ildə Bakı şəhərində  anadan  olub. 1968 – ci  ildə Rostov Ali Məktəbinə  daxil olub, 1973- 1982 ci illərdə isə SSRİ Silahlı Qüvvələrində xidmət edib.1981-ci ildə F.E.Dzerjinski adına Hərbi Akademiyaya daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Divizion komandiri, qərargah rəisi, strateji təyinatlı raket qoşunlarının alay komandiri vəzifələrində xidmət edib.1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildən 2014-cü ilədək isə Müdafiə nazirinin müavini vəzifələrində xidmət edib. Ç.Məmmədov 2014- cü  ildə ehtiyata buraxılıb. Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək orden və medallarla təltif olunub və müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.

2020 – ci ilin 9 iyul tarixində   uzun sürən xəstəlikdən sonra vəfat  etmişdir.

General –leytenant Məmmədov Fuad

general-leytenant

General- Leytenant Məmmədov Fuad Nadir Oğlu

General-leytenant Fuad Nadir oğlu Məmmədov 31 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub .1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirmiş və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirmişdir.

1992-ci il aprel ayında Müstəqil Dövlətlər Birliyinə məxsus Sitalçay hərbi aeroduromundan Su-25 markalı hərbi təyyarənin Azərbaycan tərəfinə qaçırılmasının təşəbbüskarı və iştirakçısı olub. Düşmənə qarşı aparılan hərbi əməliyyatlarda həmin təyyarədən istifadə edilmişdir.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və dəfələrlə döyüş uçuşları keçirib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.

Müdafiə Nazirinin 25.06.2018-ci il tarixli sərəncamı ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 9 iyul 2020-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi -Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.

Fuad Məmmədov 2020- ci ilin 10 avqust tarixində səhər saatlarında ürək çatışmazlığından vəfat edib.

General –leytenant Firudin Nəbiyev

Firudinnəbiyev

General – Leytenant Firudin Nəbiyev

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olub. O, 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Elə həmin ilin avqust ayından Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Prezidentinin 1 iyul 2003-cü il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.Azərbaycan Prezidentinin 15 avqust 2006-cı il tarixli sərəncamı ilə F.Nəbiyevə general-mayor hərbi rütbəsi verilib.F.Nəbiyev Azərbaycan Prezidentinin 13 fevral 2012-ci il tarixli sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib. Dövlət başçısının 6 mart 2012-ci il tarixli sərəncamı ilə III dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

General – mayor Firudin Nəbiyev 2020- ci ilin 3 avqust tarixində bir müddət əziyyət çəkdiyi xəstəliyə  görə müalicəyə aparıldığı Türkiyə şəhərində vəfat edib.

 

 

 

 

Gülər Seymurqızı