Stresə qarşı sizi daha çox həyata bağlayacaq bir neçə hobbi:

  1. Fotoqrafiya ilə məşğul olmaq

Çəkdiyiniz, lentə aldığınız hər hansı şəkil sizi daha çox maraqlı şəkillər çəkməyə sövq edəcək. Nəticədə günlük həyata baxışınız da dəyişmiş olacaq.

  1. Kitab oxumaq

Gün ərzində, ən azı, 30 dəqiqə kitab oxumaq sizi digər insanlarla müqayisədə daha təmkinli, daha dolğun olmağınıza şərait yaradacaq.

  1. Yazı yazmaq

Nə yazmaq yox, istəniləni yazmaq əsadır sizin üçün. Fikirlərinizi kəlmlərə tökməkdən savayı, onu yazıya almaq sizi çox rahatladacaqdır. Sıxıldığınız anlarda bu metodu yoxlaya bilərsiniz.

  1.  Meditasiya etmək

Gündəlik vaxtınızın bir neçə dəqiqəsini müxtəlif növ meditasiyalara ayıra və nəticədə gümrah ola bilərsiniz. Səssizlik bunun ən gözəl nümunəsidir.

  1.  Musiqi dinləmək

Musiqi, xüsusən də klassik musiqi nəbzi, qan təzyiqini və zərərli stres hormonlarınızı azaltmağa kömək edə biləcək güclü bir vasitədir. Həm də əhvali-ruhiyyənizi yüksəldəcək.

  1.  İdmanla məğul olmaq

İdman stresli vəziyyətlərlə mübarizə aparmağa kömək edir və bədəni emosional təsirlərə qarşı daha davamlı edir. Bu, çoxları üçün əla çıxış yoludur – idman etmək, yoqa ilə məşğul olmaq. Fərqi yoxdur, qaçış, velosiped sürmə, fitnes, aerobika və s. ola bilər.

  1.  Rəsm çəkmək

Təbiəti boyamaq – bunu öz dünyanızı rəngləndirmək kimi düşünə bilərsiniz. Bu zaman sizə bir ədəd kağız və fırça kifayət edəcək. Elə indi edin, gözləməyin faydası yoxdur.

  1.  Əl işləri etmək

Bu zaman bacarıqsız olduğunuzu düşünməyin. Əgər etməmisinizsə belə, sizə ilk maraqlı gələcək şeylərdən başlaya bilərsiniz.

  1.  Velosiped sürmək

Məşhur yazıçı Tolstoy kimi siz də yaşınızın keçməyini və yalnız yaşlandığınız vaxt velosiped sürməyi öyrənəcəksiniz?! Bu, bəlkə də, xüsusən səhərlər sizə faydalı olacaq, həmişə yeni ideyalar və bol enerji ilə günə davam etməyinizə gətirib çıxaracaqdır.

  1. Gündəlik gəzmək

Bu cür yürüyüşün faydalı tərəfləri aşağıdakı kimidir:

  1. Beyin-damar və ürək-damar xəstəlikləri riskini azaldır. Qan axını və miqdarını artıraraq dövranı yaxşılaşdırır.
  2. Əzələlərin elastikliyini artırır. Hərəkətsizlik səbəbindən yaranan sərtlik azalır.
  3. Sümükləri gücləndirir. Sümük əriməsinin qarşısını almaq və ya azaltmaqda rol oynayır.
  4. Həzmi asanlaşdırır, qəbizliyi azaldır.
  5. Yuxusuzluq üçün faydalıdır. Yuxu keyfiyyətini yaxşılaşdırır, rahatlamağı təmin edir.
  6. Qocalma müddətini gecikdirir.
  7. Alkoqol, kofein və nikotini xaric edir. Xolesterolu azaldır.