Texnologiyanın inkişafı bir sıra sahələrdə olduğu kimi dində də işimizi rahatlaşdırır.

Bilgisel.az xəbər verir ki, Müqəddəs Ramazan ayı boyunca Quran tilavəti etmək əlavə savab sayılır.

Süni intellekt vasitəsilə hazırlanmış Tarteel: Quran A.I proqramı vasitəsilə Quran tilavətini doğru formada həyata keçirmək mümkündür. Proqramı telefona yüklədikdən sonra mikrofonu aktiv edin. Daha sonra Quranı oxumağa başlayın. Səhv tələffüz etdiyiniz hissədə, proqram qırmızı ilə işarələyərək, bunu sizə bildirəcək. Doğru tələffüz formasını sizə bildirəcək. Beləliklə, əlavə köməyə ehtiyac olmadan, Quran tilavət edə biləcəksiniz.