Tərbiyə insanlar üzərində bir dəyişikliyə, bir davranışa, inkişafa səbəb olan müxtəlif təsirlər toplusudur. Tərbiyənin məqsədi hərtərəfli insan şəxsiyyətinin yetişdirilməsidir. Tərbiyə – yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin yetişən nəslə öyrətməsidir. Həmçinin şəxsiyyəti məqsədyönlü idarə etmə prosesidir.

Tərbiyə çoxçalarlı, dinamik və dəyişkən, mürəkkəb prosesdir. Bu prosesdə bir tərəfdən sosial, digər tərəfdən psixoloji və üçüncü tərəfdən pedaqoji asılılıqlar özünü göstərir. Sosial əlaqə dedikdə uşaqların, fərdin ictimai sərvətlərin (əmək, əxlaq, mədəniyyət, incəsənət sahələri) biliklərinə yiyələnməsidir. Tərbiyə prosesi tərbiyəçi və tərbiyə edilən şəxsdən ibarətdir. Çox uzun müddət davam edən bəzən nəticəsi daha tez bəzən isə daha gec görülür.

Uşaqlarda tərbiyə prosesinin ziddiyyətləri nələrdir?

An introduction to Educational Psychology for Future Teachers ...

Ümumiyyətlə tərbiyə prosesində 2 cür ziddləşmə mövcuddur: daxili və zahiri (xarici).

Zahiri dedikdə: Verilən vahid tərbiyəvi tələblərin məktəbdə ayrı-ayrı müəllimlər tərəfindən pozulması, tərbiyədə uşaqların cinsi, yaşı və fərdi xüsusiyyətlərinin

nəzərə alınmaması, məktəbin və ailənin tərbiyəvi təsirlərinin bir-birinə zidd gəlməsi, bir çox hallarda böyüklərin uşaqlarla düzgün rəftar etməməsi, pis nümunə gətirməsi daxildir.

Bəs daxili ziddiyyətlər nələrdir?

What Can I Do With a Master's in Educational Psychology? - TUW

Tərbiyə prosesində tərəflərin səviyyə, bilik, dünyagörüş və imkanları arasında ziddiyyətlər.

Uşaqlar, fərdlər arasında mübahisə, qəbul edilməmə.

Uşaqda formalaşmış tərbiyənin, yenisi ilə əvəz olunmasında çətinliklər.

 

Tərbiyə insan həyatında mühüm rol oynayır. Fərdin normal şəkildə formalaşması üçün mütləq lazımi prosesdir. Ona görədə müəyyən dərəcə də çalışıb daha da diqqətli və düzgün şəkildə verilməlidir.

 

Psixoloq Bəşirli Xanım