Taliban hərəkatı bütün Əfqanıstan ərazisində nəzarəti ələ keçirdiyin bəyan edib.
Bəs “Taliban” rejimi necə yaranıb?
“Talib”lər kimlərdir və hansı məqsədə xidmət edirlər?
Ərəb dilindən tərcümədə “tələbə” mənasını bildirən “taliban” qruplaşmaları 1994-cü ildə qurulub. Bu, Əfqanıstanın cənubunda Molla Ömər Axundun 50 mədrəsənin tələbələri ilə yaratdığı bir təşkilatdır. Tərkibi əsasən kişilərdən ibarət olan və Pakistanın bir çox mədrəsələrində tədris alan tələbələrin və qaçqın ailələrin təşkilata qoşulması ilə “talib”lərin sayı qısa zamanda 20 mini ötüb.
İlk hücum
Taliban rejiminin ilk hücumu elə 1994-cü ildə Əfqanıstanın ən böyük şəhəri olan Qəndəhara hücum ilə başlayıb. Noyabr ayının 3-də baş tutan hücum nəticəsində müqavimətsiz olaraq Pakistanın sərhədindəki şəhər nəzarətə götürülüb. Taliblərin bu uğuru Əfqanıstana ilk böyük zərbə idi. 1995 -ci ildə Taliban ölkənin 12 şəhərini nəzarətə götürüb.
Korrupsiya və rüşvətlə mübarizə aparmaq adı ilə təşkilatın populyarlığı günü -gündən artıb. Həmin zamanlarda “talib”lərin fəth etdiyi şəhərlərdə qanunsuzluqlar aradan qaldırılmağa başlayıb və təhlükəsizlik təmin edilib.
Pakistan və bəzi Körfəz ölkələrindən maliyyə və silah dəstəyi aldığı bildirilən “Taliban” 1996 -cı ilin sentyabrında Kabilə hücum təşkil edib. Sabiq prezident Məhəmməd Nəcibullah Əhmədzay və qardaşı Şahpur Əhmədzay edam edilərək 27 sentyabrda təşkilat Kabildə özünü Əfqanıstan İslam Əmirliyi adı altında rəsmən elan edib. Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Talibanı rəsmən tanıyıb.
Taliban rejiminin ilk qadağaları bunlar oldu:
Əvvəlcə nisbətən yumşaq bir görünüşə sahib olan təşkilat, Kabilin alınmasından sonra çox sərt qaydalar tətbiq etməyə başladı:
- Şəriətə əsaslanan konstitusiya sistemi qüvvəyə mindi. Hənəfi məzhəbinə üstünlük verildi.
- Gündəlik həyatda şəriət təcrübəsini izləmək üçün Emr-i bil Maruf Nazirliyi yaradıldı.
- Həyatın bütün təbəqələrindən təcrid olunmuş qadınların işləməsi, qızların məktəbə getməsi və təhsil alması qadağan edildi.
- Qadınlara baş örtüyü, kişilərə isə özlərinə məxsus olan kişi papağı və saqqal taxmaq məcbur edildi
- Saqqal kəsənlərə 6 aydan başlayaraq həbs cəzası verildi. Üzləri görünən qadınlar qamçılandı.
- Əfqanıstan Televiziyasının yayımı dayandırdı.
- Fotoşəkil də daxil olmaqla hər cür vizual yayım və musiqi qadağan edildi.
- Kişilər evlərinə ən yaxın məsciddə gündə 5 dəfə namaz qılmalı idilər.
- Emir Bil Maruf səlahiyyətliləri məscidlərə qatıldı.
- Bəhanəsiz məscidə getməyənlərə ağır sanksiyalar tətbiq edildi.
- Namaz vaxtlarını bilməyənlər qamçılandı.
- Bütün məktəblər mədrəsələrə çevrildi. Dərsliklərdəki şəkillər məhv edildi.
- Mədrəsələrdə 3 -cü sinifdən başlayaraq bütün şagirdlərdən ən azı 3 metrlik saqqal saxlamaq tələb olunurdu.
- Ələ keçirilən bütün kompüterlər televizor sayılıb sındırıldı.
- İslam dövlətinə qarşı çıxanlar xain elan edildi və birbaşa edam edildi.
- Xüsusilə, müxtəlif mücahid qruplarının üzvləri tutulduqda pislik və fitnə hökmü altında edam edildi.
- Bir çox insanın müxtəlif səbəblərdən əlləri kəsildi. Bu kimi cəzalar cümə namazından sonra həyata keçirilərək və xalqa göstərildi.
- Kəsilmiş əllər şəhərin mərkəzində nümayiş etdirildi.
- Qadınlara baxıla biləcəyi səbəbiylə ictimai nəqliyyat vasitələrindəki güzgülər çıxarıldı.
Bundan sonra isə ABŞ, Şimal İttifaqının dəstəyi ilə 7 oktyabr 2001 -ci ildə Taliban əleyhinə bir əməliyyata başlayıb. Paytaxt Kabul da daxil olmaqla bütün şəhərlərini itirən Taliban qısa müddətdə Qəndəhara çəkildi. Bu ərazini də itirən “talib”lər dağlara çəkilmək məcburiyyətində qalıb. 2002-ci ildən sonra təşkilat partizan taktikası ilə ABŞ və Qərbin dəstəklədiyi Kabil hökumətinə qarşı mübarizəyə başlayıb.
Son hadisələr nəticəsində “Taliban” Əfqanıstandadır.
Son illərdə ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çəkilməsi bu terror təşkilatının daha da güclənməsinə gətirib çıxartdı. Beləliklə, 2021-ci il avqustun 15-də “Taliban” rejimi Əfqanıstanın mərkəzi şəhəri olan Kabilə daxil olub. Radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib. Son məlumatlara görə, Əfqansıtanın prezidenti Əşrəf Qaninin istefa verib. Kabildə prezident sarayında Əfqanıstan hakimiyyət nümayəndələri ilə “Taliban” arasında danışıqlar gedir. Əfqanıstanda Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdullah Abdullah vasitəçi rolunda çıxış edir.
Taliban lideri Mullah Abdul Ghani Baradar Kabildə prezident sarayına daxil olub.
Əfqanıstanın yeni hökumətinin tərkibinə “Taliban” üzvü olmayanlar da daxil ediləcək.
Bunu “Taliban”ın Qətərdəki siyasi ofisinin nümayəndəsi Süheyl Şahin “CNN” telekanalına bildirib.
Onun sözlərinə görə, əvvəlki hökumətdən hansı məmurların yeni hökumətə daxil ediləcəyi barədə danışmaq hələ tezdir. Şahin bildirib ki, “Taliban” bəzi “tanınmış simaların” da hakimiyyətdə qalmasını istəyir.
“Taliban”ın siyasi ofisinin nümayəndəsi, həmçinin əlavə edib ki, silahlarını yerə qoyaraq hərəkata qoşulan bütün hərbi qulluqçular və polis əməkdaşları bağışlanacaq və onların təhlükəsizlikləri təmin ediləcək.
Gülər Seymurqızı