1929-cu il may ayının 17-də spirtli içki qaçaqmalçısı Al Kapone Amerika Birləşmiş Ştatlarının Filadelfiya şəhərində həbs olunur. Filadelfiya polisi onu qanunsuz silah gəzdirməkdə ittiham edirdi. Amerikalı qanqster qısa, lakin dolğun həyat yaşayıb. O, həyatı boyu spirtli içki qaçaqmalçılığı, silah alveri, qumar və fahişə biznesi ilə məşğul olub. Kaponenin 14 illik mafiya rəhbərliyi dövründə Çikaqo şəhərində 700 qətl cinayəti törədilib ki, onun 400-ü məhz Kapone tərəfindən sifariş olunub.
Onun “Tanrının çalışma texnikası” haqqında dediyi məşhur fikirləri sizlərə təqdim edirik.
“Uşaq olanda hər gecə yatmamışdan əvvəl Tanrıya mənə bir velosiped verməsi üçün dua edirdim. Bir gün Tanrının çalışma tərzinin bu olmadığını başa düşdüm. Ertəsi gün gedib özüm üçün bir velosiped oğurladım və hər axşam yatmamışdan əvvəl Tanrıya günahlarımı bağışlaması üçün dua etdim”.