“Whatsapp” istifadədiçələrə məxsus məlumatların “Facebook”la bölüşüləcəyini açıqlamağından sonra istifadəçilər kütləvi şəkildə “Telegram”a köçüb.

Bəs “Telegram” nə qədər güvənlidir? Yoxsa biz, yağışdan qaçıb, yağmura düşürük?

“Whatsapp”dan fərqli olaraq “Telegram” istifadəçi məlumatlarını üçüncü şəxsə ötürmür. Ancaq bununla yanaşı “Whatsapp”da hətta qrup mesajları da şifrələndiyi halda, “Telegram”da ancaq ikili mesajlaşmalar şifrələnir.

“Telegram” video zənglər vaxtı, qarşı tərəf ekran görüntüsünü çəkərsə, digərinə xəbərdarlıq bildirişi göndərir.

“Telegram”da ilk dəfə qeydiyyatdan keçəndə nömrənizi yazmaq məcburiyyətindəsiniz. Ancaq sonra girib nömrənizi silə bilərsiniz. Nömrənizi başqasına satsanız, həmin adam rahatlıqla sizin mesajlarınızı görür. 6 ay ərzində online olmayan hesabı isə şirkət özü avtomatik silir.

“Telegram”da bir sıra bot yaratmaq mümkündür. Həmçinin böyük “Telegram” qrupları var ki, burada rahatlıqla 18+ videolar və ya hər hansı filmlərin pirat nüsxələri paylaşılır. Buna görə də uşaqlarınızına “Telegram” işlədərkən nəzarət etməyiniz vacibdir.

GDPRbot vasitəsilə “Telegram”ın gizlilik şərtləri ilə tanış ola, hətta öz informasiyalarınızı yükləyə bilərsiniz.