Bilgisel.az dünyanın reytinqli , həmçinin də, səhm dəyərlərinə görə texnologiya sahəsində ən zəngin şirkətləri təqdim edirik.

 

“Microsoft”: Proqram təminatı

Microsoft beynəlxalq səviyyədə tanınan şirkətdir

Dünyanın Ən Bahalı İkinci Şirkəti

 

“Microsoft” dünyanın ən bahalı ikinci şirkətidir. Beynəlxalq səviyyədə tanınan şirkət 1975-ci ildə indi dünyanın ən varlı insanlarından biri olan Bill Qeyts tərəfindən yaradılıb. Belə ki, “Microsoft” hesablama təcrübəsini istifadəçi dostu və intuitiv edə biləcək ev kompüterləri üçün paketli proqram təmin edən ilk proqram tərtibçisi idi. Bu proqram “Windows” əməliyyat sistemi, adi istifadəçilərə PC istifadə edənlər üçün bacarıqlarını asanlıqla inkişaf etdirməyə imkan verdiyinə görə həqiqi bir irəliləyiş idi. Sistem şirkətə inanılmaz uğur və böyük qazanc gətirdi. Bu gün “Microsoft PC” proqram bazarında lider şirkətlərdən biridir; “Microsoft Office” adlı sənədlərlə işləmək üçün bir sıra tətbiqlər və yeni proqram əməliyyat sistemləri və digər proqram təminatlarını yayımlayır.

Bundan əlavə, “Microsoft” öz mobil cihazlarını və ləvazimatlarını, video, audio və ofis avadanlığı istehsal edir. Şirkətin baş ofisi ABŞ-ın paytaxtı Vaşinqtonda “Redmond” iqamətgahında yerləşir.

“Apple”: Elektronika, informasiya texnologiyaları.

Yaratdığı markalarla ən bahalı markalar siyahısında yer tutur.

Loqoda Almanın Dişlənmiş Olması Pomidorla Səhv Salınmaması Üçündür.

 

“Apple” uzun müddətdir dünyanın ən bahalı şirkətidir. Ancaq uğursuz telefon modelləri səbəbindən prioritetini itirib. İndi şirkətdə işlər yaxşı gedir və “Apple” bazar dəyərinə görə dünyada üçüncüdür. Bununla yanaşı, şirkət ən bahalı markalar siyahısında birinci yeri tutmaqda davam edir. Bugün şirkətin loqosu, çox güman ki, bir çoxları tərəfindən tanınır, çünki “Apple” həqiqətən də ən uğurlu marka olub, qiymətləndirmə agentliklərinin mütəxəssisləri tərəfindən 1,397 milyard dollar dəyərində qiymətləndirilib. Şirkət 1 aprel 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılıb. Üçlük əvvəlcə ev kompüterlərini yığmağa və PC-yə məxsus modelləri istehsal etməyə başlamışdı, lakin ən böyük müvəffəqiyyət son illərdə “Apple” öz mobil məhsullarını “ iPhone” smartfonlarını və “iPad” planşetlərini dünyaya təqdim edəndə gəldi. Bugün məhsul çeşidi genişdir və ağıllı saatlar, kompüterlər və noutbuklar, planşet və smartfonlar və daha çox şeyləri əhatə edir. Şirkətin dünyada 132000 işçisi olan minlərlə ofisi, marka mağazaları və xidmət mərkəzləri var. “Apple”ın baş ofisi ABŞ-ın Kaliforniya ştatındakı Kupertinodadır.

 

“Amazon”: Pərakəndə ticarət.

Şirkətin əsas işi yalnız müxtəlif mallar satmaqdır. Xidmətin populyarlığı yüksək keyfiyyətli məhsullar, aşağı qiymətlər, sürətli çatdırılma və geniş çeşiddə məhsullar sayəsində artıb

Adı Əlifba Sırası Üzrə Siyahıda Önə Çıxması Məqsədi İlə Amazon Qoyulub

 

7 yanvar 2019-cu ildə rəqibi “Microsoft”u məğlub edərək “Amazon” ilk dəfə dünyanın ən bahalı şirkəti olub. Son statistikaya əsasən, hal-hazırda dünyada ən zəngin şirkətlər sırasında 4-cü yerə daxil edilib. “Amazon” müxtəlif malları internetdə satan və çatdıran ABŞ-da fəaliyyət göstərən pərakəndə şirkətdir. İnternet istifadəçiləri, tədarükçülər və istehsalçılar hər hansı bir məhsulu “Amazon” veb saytını onlayn məkan olaraq istifadə edərək sata bilər. Şirkətin əsas işi yalnız müxtəlif mallar satmaqdır. Xidmətin populyarlığı yüksək keyfiyyətli məhsullar, aşağı qiymətlər, sürətli çatdırılma və geniş çeşiddə məhsullar sayəsində artıb. Şirkət 1994-cü ildə Jeff Bezos tərəfindən təsis edilib. “Amazon”un qərargahı Vaşinqton ştatının Sietl şəhərindədir.

Ümumi hesablamalara görə, şirkətin təxminən 647500 işçisi var və hazırda 162 milyard dollardan çox aktivi var. İllik dövriyyəsi təqribən 232 milyard dollardır.

“Google”

Otuzdan çox məşhur xidmət və alt şirkət holdinqin tərkib hissəsidir: “AdWords”, “Android”, “YouTube” və s. “Google”un baş ofisi Kaliforniyadadı.

Google Dünyada Ən Çox Ziyarət Edilən Veb Saytdır

 

Beynəlxalq səviyyədə tanınmış internet şirkəti “Google” bu yaxınlarda rəsmi adını “Alphabet” olaraq dəyişdirib, çünki şirkət “Google” axtarış sistemindən çoxdan çıxıb və indi də bir çox digər şirkətlərə sahibdir. 1998-ci ildə meqa şirkəti birlikdə yaratmış Sergey Brin və Larri Peyj internet holdinqin rəhbərləridir. Otuzdan çox məşhur xidmət və alt şirkət holdinqin tərkib hissəsidir: “AdWords”, “Android”, “YouTube”  və s. “Google”un baş ofisi Kaliforniyadadı.

“Alibaba”

Məhsullar: Elektron ticarət, onlayn auksiona ev sahibliyi, onlayn pul köçürmələri, mobil ticarət

Alibaba Adı ” Alibaba Və Qırx Quldur ” Nağılının Baş Qəhrəmanının Adı İlə Bağılıdır

Məhsullar: Elektron ticarət, onlayn auksiona ev sahibliyi, onlayn pul köçürmələri, mobil ticarət. “Alibaba” şirkəti həm Çində, həm də dünyada ən böyük virtual ticarət platformalarından biridir və həm əlverişli qiymətlərlə, həm də geniş çeşiddə məhsullar ilə alıcıların diqqətini cəlb edir. 4 aprel 1999-cu ildə qurulan şirkət istehlakçılara, işgüzar xidmətlər və elektron ödəmə xidmətləri, axtarış sistemi və müştərilərə hesablama xidmətlərini veb portalları vasitəsilə təqdim edir. Baş ofisi Çinin Hançjou əyalətindədir.

 

“Tencent”

Bir çox xidmətlərindən bəziləri bunlardır: sosial şəbəkələr, mobil oyunlar, musiqi, veb portallar, ödəniş sistemləri, e-ticarət, internet xidmətləri, smartfonlar və çoxsaylı onlayn oyunlar.

Şirkətlər Qrupu, İnvestisiya Və Oyun Sənayesinin Ən Böyük Şirkətlərindən Biridir

 

“Tencent” şirkəti, şirkətlər qrupu, investisiya və oyun sənayesinin ən böyük şirkətlərindən biridir. 1998-ci ildə qurulan bu çoxmillətli Çin investisiya holdinqi bu gün dünyanın ən bahalı şirkətləri sıralamasında 8-ci sırada yer alır. Bir çox xidmətlərindən bəziləri bunlardır: sosial şəbəkələr, mobil oyunlar, musiqi, veb portallar, ödəniş sistemləri, e-ticarət, internet xidmətləri, smartfonlar və çoxsaylı onlayn oyunlar. Bunlar dünyanın ən böyük və ən uğurluları sırasındadırlar. “Tencent Beach Towers” mərkəzi (Tencent Binhai Mansion kimi də tanınır) Çinin Şenzhen əyalətinin Nanşan rayonunda yerləşir.

 

 Gülayə Mecid