Bilgisel.az tez hazırlanan “almalı şokoladlı toplar”ın reseptini sizə təqdim edir.

Tərkibi:

• 2 ədəd alma

• 1 paket kakaolu peçenye

• 2 xörək qaşığı şəkər pudrası

• yarım stəkan qoz

• yarım çay qaşığı darçın

• üzəri üçün kokos

• əridilmiş şokolad

Hazırlanması:

Almaları rəndələyirik. Üzərinə şəkər pudrası və darçını əlavə edib, tavada biraz qovururuq. Başqa bir qabın içərisinə peçenyeləri ovub, üzərinə alma qarışığını əlavə edirik. Hamısını yaxşıca yoğurduqdan sonra kiçik toplar şəklinə gətiririk. Topları öncə əridilmiş şokolada, sonra kokosa batırırıq. Yarım saat soyuducuda saxladıqdan sonra servis edirik.

Nuş olsun!

Mübariz ZƏKİ