Rejissor Ceyms Kameronun “Titanik” filmi çəkildiyi 1997-ci ildən bəri böyük əks-səda doğurub. Real hadisə əsasında çəkilmiş filmdə Titanik gəmisinin səyahətə başlayıb batmasına qədər davam edən iki günün təsviri verilib. Film real hadisəyə əsaslansa da, burada həmçinin məhəbbət xətti də var. Kasıb ailənin oğlu olan Cek Titanikin yola çıxmasına 5 dəqiqə qalmış qumarda gəmiyə bilet qazanır. Bu səyahətdə isə varlı ailənin qızı olan Rouzla tanış olur…
Film 14 naminasiya üzrə “Oskar” mükafatına namizəd olub, “Ən yaxşı film” daxil 11 mükafatı qazanıb.
Bilgisel.az filmə 10 fərqli perspektivdən baxmağa imkan verən kameraarxası maraqlı fotoları təqdim edir.
Rejissor ilə romantizm – Filmin ən romatik səhnəsində rejissor Ceyms Kameronun cütlüyün arxasında olduğunu bilmək romantizmi alt-üst edir.
Rahat eniş – Bu şəklə baxanda okeana düşən insanlar üçün narahatlıqdan keçir. Çünki aşağıda onları gözləyən rahat bir yer var.
Gəmi batır – Filmdə 269 metrlik Titanik gəmisinin batma anı…
Bir metrdə həyəcan – Bu həyəcanlı və dəhşətli anın sadəcə bir metrlik məsafədə yaşandığını xəyal edə bilirsinizmi?
Aristokrat Rouzun kamera arxasındakı halı – Kate Uinsletin canlandırdığı Rouz obrazının, qısa bir müddətə aristokrat davranışlarını bir kənara qoyduğunu görürük.
Əyləndilər – Rouzun Leonardo Dikaprionun canlandırdığı Cekin həyatını xilas etmək üçün əlindən gələni etdiyi səhnədən öncə rejissorla birlikdə xeyli əyləndiklərini də izləyirik.
Ölüm təhlükəsi? – Dənizə düşən sərnişinlərin, filmdə tamaşaçıları inandırdıqları qədər ölüm qorxusu içində olmadıqları aşkardır.
Rejissoryn üzmə məharəti – Yaxşı bir rejissor, yüri gələndə yaxşı bir üzgüçü də olmalıdır.
Artıq donurlar… Xilas olunmağı gözləyən Rouz və Cək rejissordan fikir alanda olduqca sakitdirlər.
Dublyorla bir arada – Filmdə Kate Uinslet qədər diqqətə layiq dublyoru…
Görndüyü kimi, filmdə bu tipli səhnələrin inandırıcılığı üçün çox böyük əmək sərf edilib. Təbii ki, bu əmək filmin uğuruyla öz bəhrəsini verib.
Amilə Hümmətova