Unudulmaz filmlər arasında yer alan “Titanik”in  Rouz xarakterini canlandıran məşhur aktrisası Keyt Uinslet qatıldığı şou proqramlarının birində filmlə bağlı bir sıra müzakirələr aparıb.

Bilgisel.az məlumat verir ki, məşhur ingilis aktrisası filmin ən yadda qalan səhnəsini – Cekin ölümünü tənqid edib.

Belə ki, “Titanik” batdıqdan sonra bir ağac parçasına tutunan məşhur cütlüyün sağ qalma mübarizəsi izləyicilərin ən çox təsirləndiyi səhnələrdən biri olub. Hər kəs film qəhrəmanlarının sağ qalmasına ümid edirdi. Lakin sonda Cek sevgilisi Rouzu taxta parçasının üzərinə tərk edərək suyun soyuqluğuna dözməyib həyatını itirir.

 

İkisi də sağ qala bilərdi…

İkimizdə sağ qala bilərdik amma Rouz ceki ölümə tərk etdi

Leonordo Di Kaprio və Keyt Uinslet

Şou proqramların birində bu səhnəni müzakirə edən Keyt yadda qalan səhnə barəsində bunları deyib: “Bilirəm, ikisi də sağ qala bilərdi. Cek sevgilisinə görə həyatından keçdi. Amma Rouz sevgilisini ölümə tərk etdi. Bunu mən də bağışlaya bilmirəm”

Aktrisanın bu sözləri tamaşaçıların alqış və gülüşünə səbəb olub.

Gülayə Məcid