Koronavirusa yoluxan Tramp bu xəstəliyi Allahın ona verdiyi bir nemət kimi dəyərləndirib.

Oktyabr ayının 3-də Covid-19  testi pozitiv çıxan ABŞ prezidenti Donald  Tramp xəstəliyindən danışıb.

Tramp “Regeneron” adlı  firmanın koronavirusa qarşı  istehsal etdiyi  “Antikor kokteyl”inin ona yaxşı  təsir etdiyini və bu dərmandan hər kəsin istifadə etməyinə şərait yaradacağını bildirib.

Tramp “Walter Reed” hərbi hospitalında dörd günlük müalicədən sonra Ağ Evə qayıdıb. Həkimlərin səylərini qiymətləndirən Tramp

“Xəstəxanaya gedərkən özümü yaxşı hiss etmirdim, mənə bir neçə xidmət göstərdilər. Lakin, heç biri bu dərman qədər yaxşı təsir etmədi” ifadəsini  işlədib. “Regeneron” adlanan dərmanın tez bir zamanda  “təcili istifadə” əmrini verəcəyini  bildirib.  Dərman haqqında fikirlərini Tramp belə tamamlayıb:

“Bu xəstəliyin Allahın mənə verdiyi bir nemət olduğunu düşünürəm. Xəstəliyə yoluxdum və bu dərmandan xəbərim oldu. Bu dərmanı mənə vermələrini dedim və  çox yaxşı  təsir etdi. Əgər koronavirusa yoluxmasaydım, bu  dərmandan xəbərsiz olacaqdım. Mənə pulsuz verilən bu müalicənin  sizə də göstərilməsini və dərmanın  pulsuz verilməsini təmin edəcəm”

Koronavirusun mənbəyi olan Çini  də yaddan çıxarmayan Tramp “Bu sizin yox, Çinin günahıdır. Çin bu dünyaya və ölkəmizə etdikləri üçün cavab verəcək” fikirlərini  səsləndirib.

Gülər Seymurqızı