Türkiyədə baş verən yanğınla əlaqədar Azərbaycandan dəstəyə gedən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Kamil Dünyamalıyev qürurverici hərəkəti ilə medianın gündəmindədir.

Belə ki, o, yanan evdən Türkiyə bayrağını xilas edib.  Bu da Anadolu Agentliyinin əməkdaşlarının diqqətindən yayınmayıb. Kamil Dünyamalıyev hadisəni belə şərh edib: “Ev yanırdı. Evdə kiminsə olub-olmadığına baxmaq üçün evə girdim. Türkiyə bayrağını gördüm. Özümlə götürdüm. Bayraq da insan da eynidir”.

Kamil Dünyamalıyevin bu hərəkəti sosial şəbəkələrdə böyük marağa səbəb olub.