Ermənistan və Türkiyə milli futbol komandalarının oyunu zamanı erməni azarkeşlərin hərəkətləri tənqidə tuş gəlib.
Belə ki, Türkiyə himni səslənərkən, azarkeşlər uca səslə fitə basaraq, himni eşidilməz etməyə çalışıblar.
Həmçinin azarkeşlərin qaldırdığı “Nemesis” yazılı plakat da sosial mediada gündəm olub.
Bəs, “Nemesis” nə deməkdir?
Nemesis daşnak ermənilərinin törətdiyi tarixin ən böyük terror aktlarından biridir. Adını yunan mifologiyasında intiqam Tanrısıdır.
Daşnak erməniləri 1920-1921 illəri arasında türk siyasi elitasına qarşı terror aktları həyata keçirirlər. Osmanlının süqutundan sonra aradakı qarışıqlıq zamanı imperiyanın ən böyük siyasi xadimi Tələt Paşa, hərbi rəhbər Camal Paşa, kəşfiyyat orqanı başçısı Bahaəddin Şakir kimi üst dərəcə şəxslər qətlə yetirilir.
Hədəfdə sadəcə Türkiyə olmayıb. Azərbaycanın elitasını da məhv ediblər: AXC hökumət rəhbəri və əsas quruculardan olmuş Fətəli xan Xoyski, parlamentin sədr müavini Həsən bəy Ağayev, Baş Nazir Nəsib Yusifbəyli. Sonuncunun başını kəsərək xüsusi amansızlıqla öldürüblər hətta. Bunları bolşeviklər yox, daşnaklar edib.
Daşnak ermənisi deyib keçməyin, Türkiyə və Azərbaycanda dövlət büdrəyən kimi görün nələr ediblər? İki dövlətin keçmiş ali kadrlarına rəsmən soyqırım ediblər.