Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində Kahramanmaraşda baş verən zəlzələlərdə həyatını itirənlərin sayının 35 min 418-ə yüksəldiyini açıqlayıb. 80 278 zəlzələ qurbanının dağıntılar altından yaralı olaraq xilas edildiyini qeyd edən Ərdoğan, 158 165 zəlzələ qurbanının başqa vilayətlərə təxliyə edildiyini bildirib.