Türkiyə mətbuatı məlum verir ki, o yaxınları ilə şam edərkən elə onlar tərəfindən də sui-qəsdə məruz qalıb. Lotu Qulinin başından 4 güllə yarası aldığı bildirilir. Digər bir məlumata görə isə o restoranda yox, qaldığı oteldə yatdığı yerdə vurulub. Kriminal aləmə yaxın insanlar onu artıq öldüyünü və morqa aparıldığını qeyd ediblər. Nadir Səlifovun düşməni Rövşən Lənkəraniskinin il dönümündən 1 gün sonra öldürülməsi isə bu qətli Lənkəraniskinin qisası kimi göstərir. Lotu Qulini öldürən şəxs isə son zamanlar ona yaxın olan Xan Əhmədlinskinin olduğu deyilir. O qaçmağa çalışsa da, Antaliya-Dənizli yolunda polislər tərəfindən saxlanılıb.

Lotu Quli Kimdir?

Kriminal avtoritet Lotu Quli( Nadir Səlifov) 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Xaç Atası” ləqəbi ilə tanınan Lotu Quli adındakı “quli” gürcü dilində ürək deməkdir. Kriminal aləmdə bu adı ona ürəkli (cəsarətli) olduğu üçün veriblər. Lotu Quli Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla yaxın dost olub.
Nadir Səlifov əvvəlcə “Batya” və ” Lotu Bəxtiyar” ləqəbi ilə tanınan Bəxtiyar Kərimovun, sonra isə “Sabirabadlı Hikmət” ləqəbi ilə tanınmış Hikmət Muxtarovun adamı kimi şöhrət tapıb. Lakin 2002-ci ildə Lotu Quli həbsdə olan zaman Hikmət Muxtarovla aralarında mübahisə yaranır. Hətta Lotu Quli Hikmət Muxtarova əl qaldırdığı da deyilir. Bundan sonra kriminal aləmdə fikir ayrılıqları yaranıb. Bir tərəfdə Hikmət Muxtarov və Rövşən Canıyev digər tərəfdə isə Lotu Quli, Otari Bədəlov və Ded Xasan (Rusiyanın Xaç Atası) ləqəbli Aslan Usoyan olur. Amma sonradan Nadir Sərifovla Aslan Usoyanın yolları ayrılır.
Lotu Quliyə rəqib olan avtoritetlər onun lotu adından məhrum edilməsi ilə bağlı “sxodka” keçirirlər. Qanunsuz toplantıda Nadir Səlifovun adının əlindən alınması ilə bağlı qərar verilir. Bundan sonra kriminal avtoritetlər arasında savaş başlayır.

 

“Suşi və “Abşeron” hadisələri

2003-cü ildə Moskvada “Suşibar” adlı məkanda Otrar naməlum şəxslər tərəfindən güllələnir. Bu hadisədən sonra Nardaranlı Mirseymur Lənkəranskiyə “oğru” adı verir. Daha sonra Nardaranlı Mirseymur qətlə yetirilir. Və bu hadisəni Qulinin dostunun qisasını almaq üçün etdiyi deyilir. 2003-cü ilin fevralında isə Moskvadakı daha bir məkanda “Abşeron” restoranında atışma olur və bu atışmada Quli və Lənkəraniskinin adamları itki verir. Kriminallar və qanuni oğrular bu davada Qulini dəstəkləyiblər.

 

Lotu Qulinin həbs həyatı

Lotu Quli həbsdə

Lotu Quli qətl ittihamı ilə həbs olundu

Lotu Qulinin ilk həbsi 1995-ci ildə qətl ittihamı ilə olub. Onun barəsində 15 il həbs qərarı verilib. Həmin vaxt Qulinin vəkillərinin sözlərinə görə, onun üstündə Gürcüstanda verilmiş SSRİ pasportu olub. Qulinin vəkili və Gürcüstandakı qohumları Quliyə Azərbaycan vətandaşlığının verilməsini tələb etsələr də, Lotu Quli bundan imtina edib. Belə çıxır ki, Quli Azərbaycan vətəndaşlığını istəməyib, nə də bu haqda rəsmi müraciət etməyib. Lotu Qulinin cəzasının çox hissəsini çəkmiş olması səbəbi ilə cəzasının azaldılması haqqında qərar verilir. Elə bu vaxt 2005-ci ildə Qulinin qardaşı Müşfiq Səlifov həbs olunur. Rəsmi məlumata görə voleybol oyununa gedən Müşfiq Səlifovun üzərindən tapança tapılıb. Müşfiq Səlifovun həbsindən sonra bir neçə həbsxanalarda “qiyama cəhd” baş verdi. Bu işdə isə rəsmilər Lotu Qulini günahkar görürdülər. 2005-ci ildə Lotu Quliyə daha bir cinayət işi açıldı. Ona cəza çəkmə müəssisəsində bir neçə nəfəri zorlama və qanunsuz pul yığma faktı ilə cinayət işi açılır. O isə bunu sonuna qədər inkar edir və bunu onun oğru adına ləkə gətirmək üçün edildiyini deyirdi. Bu hadisədən 2 gün sonra isə boksçu Fariz Məmmədovun maşınından silah tapılır və o da həbs edilir. Beləliklə, arasında Müşfiq Səlifovun da olduğu dəstə ilə bağlı yeni cinayət işi başlanır. Müşfiqin telefonunda nömrələri olan qızlar “Bandotdel”ə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi) çağırılır, onların hamısı zərərçəkmiş kimi təqdim olunurlar. Həmçinin Müşfiqin ailəvi dostu olan “İnterqrant” türk restoranının sahibini də zərərçəkmiş qismində dindirirlər. Müşfiq isə iki il Türkiyədə oxuduğundan bu türk vətandaşını əvvəlcədən tanıyırdı.

Daha sonra isə Quli istintaqa cəlb olundu. Qulinin bildirdiyinə görə, başqa zonlarda üsyan (“bunt”) olandan sonra fevral ayında onu türmədən götürüblər. Bu zaman həmin türmənin dustaqları da “bunt” ediblər.

Həmin vaxt Qulini əvvəl Bayıla gətiriblər, sonra rəsmi orqanlar bəyan etdi ki, “Anadolu” və “İnterqrant” kafesində zorlama faktları qeydə alınıb. Daha sonra üzləşmə aparıldı, xalq artisti Arif Quliyevin gəlini bu işdə zərərçəkmiş kimi tanındı.

2005-ci il oktyabrın 14 də olan məhkəmədə Lotu Qulinin bəzi fikirləri maraqla qarşılanıb: “Siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik… Bu məhkəmə prosesinin qapalı keçməsinin əleyhinə olmuşam. Çünki mənim gizlədiləsi heç nəyim yoxdur, mən düzəm. Mən bu gün Azərbaycanda yeganə “qanuni oğru”yam ki, Azərbaycan türmələrindəki sözübütöv dustaqların və gənclərin taleyi mənim üçün əhəmiyyətsiz deyil.

Mənim “zon”lara bütün növ narkotikdən istifadənin qadağan olunması barədə “proqon”um olub. Və hər şey də bundan sonra başlayıb. Çünki mən həbsxanalarda narkotik satışında külli miqdarda pul əldə edənlərin biznesi üçün əngəl yaratmışam. Mən “qanuni oğru”yam və mənim üçün “oğru” şərəfi hər şeydən üstündür. Bir daha deyirəm, mən siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik…”
2006-cı ilin iyununda Apelyasiya Məhkəməsində Quli zorlama maddəsi ilə bağlı bəraət aldı. Məhkəmə həmçinin onun qapalı həbsxanada deyilciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına qərar verdi”.

 

Lotu Quliyə sui-qəsd

Lotu Quli və Lənkəraniski

Rövşən Canıyev və Nadir Səlifov düşmənçiliyi

Lotu Quli həbsdə olan zaman Rövşən Canıyevın adamı İlqar adlı şəxs Qulinin həbsxanada zəhərləndirib öldürülməsi planını qurub. Plana əsasən, bu işi 500 dollar qarşılığında Hikmət adlı şəxs edəcəkdi. Hikmət Qulinin yaxın adamı olsa da, ondan narazı olduğu üçün kriminal avtoritetin aradan götürülməsini istəyib. Hikmət həbsdə olduğu üçün ona veriləcək pulun 300 dolları ailəsinə çatdırılır. Şübhəli pul transferindən şübhələnən polislər evdə axtarış aparırlar. Eyni zamanda Hikmətin qaldığı “zon” da “şmon” olur. Bütün bu uğursuzluqlara baxmayaraq onlar yenə də planı müzakirə edirlər. Lakin plan baş tutmur. Çox güman ki. Lotu Quli ona hazırlanan sui-qəsdən xəbər tutur və zəhərləmə planı alınmır. Proseslərdən belə məlum olur ki, Lotu Quli özü də gec tez Rövşəni aradan götürəcəyi barəsində danışıb. 1995-ci ildə həbs olunan Lotui Quli 2017-ci il oktyabrın 24 də 22 illik həbsdən sonra azadlığa çıxıb.

 

Lotu Qulinin Türkiyədə həbsi

2018-ci ildə Lotu Quli İstanbulda polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Nadir Səlifovun saxlanılmasına səbəb Rusiya mediasında yayılan xəbər olub. “Rambler.ru” da ” Türkiyədəki oğru Rusiyadan xərac toplayır” başlığı adı altında yazı çıxır. Bu yazıda Nadir Səlifovun Rusiyadakı iş adamlarında xərac aldığı deyilirdi. İddiaya görə, Lotu Quli xüsusən Kalujsk bölgəsində topdan satışla məşğul olan iş adamlarından “haqq”alır. Hətta deyilənə görə o bu işi internet üzərindən həyata keçirirmiş. Məlumatda da qeyd olunur ki, Lotu Quli internet üzərindən konfrans vasitəsi ilə Rusiyadakı biznesmenlərlə əlaqə yaradıb pul toplayıb.

 

Lotu Qulinin Rusiya bazarlarına nəzarəti.

Rusiya bazarlarına Lotu Qulinin nəzarət etməsi ilə bağlı iddialar var. Bu haqda Nadir Səlifovun vəkili Təranə Əliyeva açıqlama verib. “Lotu Quli ” kimi tanınan və hazırda 8 saylı islah əmək müəssəsində cəza çəkən kriminal avtoritet Rusiya bazarlarına nəzarət etmir.
Rusiya bazarlarına nəzarətdə iki adamın adı çəkilirdi. Bunlar Rövşən Canıyevin sağlığında onunla düşmən münasibətində olan Vaqif Süleymanov(diplomat) və Nadir Səlifovdur. Təranə Əliyeva bildirib ki, Lotu Qulinin kriminal razborkalarından məlumatlı deyil. O qeyd edib ki, Nadir Səlifovun yalnız hüquqi statusu ilə maraqlanır. Sadəcə onunla görüşən zaman Rusiya mediasındakı məlumatları müzakirə edərkən Səlifov bildirdi ki, Rusiya bazarlarına nəzarət barədə bütün bu söhbətlərin ona heç bir aidiyyatı yoxdur. Adının göy-göyərti bazarı ilə əlaqələndirilməsinə o, hətta güldü.

 

Lotu Qulinin bacısı oğlunun bıçaqlanması

Maqa Rustaviski

Maqa Rustaviskinin(Məhəmməd Qurbanov) bıçaqlanması

2019-cu ilin dekabr ayında Lotu Qulinin bacısı oğlu Maqa Rustaviski( Məhəmməd Qurbanov) gürcü əsilli qanuni oğru Kvejoviç( Quram Çixladze) tərəfindən bıçaqlanıb. Qeyd edək ki, Kvejoviç Qulinin düşmənidir. Məlumata görə, Maqa dostları ilə əylənərkən restorana Kvejoviç daxil olur və ətrafındakı adamlar ilə birlikdə hücum edirlər. Nəticədə Maqa Rustaviski bir neçə bıçaq zərbəsi alır. O təcili xəstəxanaya çatdırılıb. Rusiya mediasına istinadən verilən məlumatlara əsasən Lotu Quli bu hadisə ilə bağlı çox qəzəblənib və qisas alacağını söyləyib.

 

Lotu Quli ilə bağlı Türkiyənin açıqlaması

Bu ilin yanvar ayında Türkiyə hüquq-mühafizə orqanları Lotu Quli haqqında rəsmi açıqlama yayıb. İstanbulda Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin əmakdaşları əməliyyat keçirib. Bu əməliyyatda iki azərbaycanlı saxlanılıb. Türkiyə Daxili İşlər Nazirliyinin İstanbul idarəsi Azərbaycan əsilli iki liderinin saxlanılaraq ölkəsinə deport edildiyini açıqlayıb. Onlardan biri Lotu Quli olub.