Arxeoloji tapıntılar keçmişlə günümüz arasında olan sirrlərlə dolu pəncərədir. Bəzi tapıntılar hələ də öz sirrini qoruyur. Onların necə, kim tərəfindən yarandığı naməlumdur. Bilgisel.az bu tapıntılardan bəzilərini sizə təqdim edir.

1. Göbəkli təpə
1994-cü ildə Göbəkli təpədə edilən kəşf mədəniyyətin təkamülü haqqında o vaxta qədər bildiklərimizi zorlayaraq yeni sualların verilməsi gərəkdiyini ortaya qoyub. Üzərində heyvan fiqurlarının oyulduğu daş sütunları ilə Göbəkli təpə inşa tarixinin e.ə.10-cu milenyuma dayanması səbəbi ilə dünyanın ən qədim ibadətxanası olaraq qəbul edilir. Əldəki tapıntılar Göbəkli təpənin yarı köçəri ovçular tərəfindən inşa edildiyini və cəmiyyətin hələ kənd təsərrüfatı ilə tanış olmadığını göstərir. Göbəkli təpənin kəşfindən sonra arxeoloqlar əvvəl oturaq həyata keçilib sonramı məbəd inşa edilməyə başlandığı, yoxsa bunun tərsinin də keçərli olub olmadığını mübahisə etməyə başladılar. Yəni daha əvvəldən qəbul edildiyi kimi öncə oturaq həyatamı keçildi, yoxsa Göbəkli təpə kimi dini məqsədlə inşa edilən abidələrmi insanları oturaq həyata yönləndirdi? Bu hələ də dəqiqlik qazanmayıb.Tutanhamon, arxeoloji qazıntılar, maraqlı

2. Kosta Rikanın daş kürələri
Çox böyük ölçüdəki bu daş kürələr cənubi Kosta Rikanın Diquis Deltasında yerləşir və bəzilərinin düzəldilməsi bizim eranın 600-cü ilinə rast gəlir. Orijinal dildə “Las Bolas“, yəni toplar olaraq bilinən bu abidələrin Kolumb öncəsi sivilizasiyalar tərəfindən vulkanik bir daş növü olan gabro istifadə edilərək düzəldilib. Arxeoloqlar mükəmməl şəkildə oyularaq kürə halına salınmış bu daşların düzəldilməsində nisbətən daha balaca daşların istifadə olunduğunu iddia edirlər. Bu daşların tam olaraq nə üçün istifadə olunduğu hələ öz dəqiqliyini tapmasa da, daşların astronomik məqsədlər üçün istifadə olunduğuna dair fərziyyələr mövcuddur. Bir qisim arxeoloq isə bunların mühüm ərazilərin yerlərini işarələmək üçün istifadə olunduğunu düşünür.

Tutanhamon, arxeoloji qazıntılar, maraqlı

3. Stonehenge (Stounhen)
İngiltərədə tapılan eramızdan əvvələ aid bu nəhəng tikili dünyanın ən məşhur arxeoloji tapıntılarından biri olaraq tanınır. Megalitik daşların (megalitik – daşların bir-birinə keçirilərək bir yerdə tutulması) əmələ gətirdiyi çevrə formasındakı bu tikilinin 4000 il əvvəl inşa edildiyi və ölçülərinin o dövrün insanları üçün həddindən artıq böyük olduğu düşünülür və necə inşa edildiyinə və hansı məqsədlə istifadə edildiyinə dair hələ də heç bir dəqiq açıqlama yoxdur.

Tutanhamon, arxeoloji qazıntılar, maraqlı

4. Qin Shi Huangın məzarı – Gildən əsgərlər
1974-cü ildə Çinin Shaanxi bölgəsindəki çölçülər təsadüfən XX əsrin ən böyük arxeoloji tapıntısını gün üzünə çıxardılar: İmperator Qin Shi Huangın Terakota əsgərləri. Əslində e.ə. 259-cu il ilə 210 illəri arasına təsadüf edən bu kəşfdəki əsgərlər özündə xüsusi bir sirr daşımır, çünki tarixçilər bu torpaqdan əsgərlərin imperatoru axirətdə qorumaq üçün düzəldildildiyini bilirlər. Əsl maraqlı olan şey isə bu imperatorun tam olaraq harada dəfn olunduğu və məzarının nə kimi xəzinələrlə zəngin olduğudur. İmperatorunun son istirahət yerinin inşasını anladan antik sənədlər xəzinələrlə dolu olan bu yeraltı sarayın Çində düzəldilmiş ən göstərişli məzar olduğunu iddia edir.

5. Atlantida (Atlantis)
İlk olaraq e.ə. 360-cı ildə Platon tərəfindən bəhsi keçən bu mifik adanın sular altında qalmadan öncə xüsusi bir dəniz gücünə sahib olduğu iddia edilir. Arxeoloqlar hələ də bu sirli adanın tarixi varlığı barədə mübahisə edirlər və vaxtilə var olması ehtimalına qarşı dünyanın bir çox batıq qalıntılarında tədqiqatlara davam edirlər. Varlığına dair dəqiq bir sübuta hələ də rast gəlinmiş olmasa da, Atlantida ağıllarda bir sirr olaraq yer tutmağa davam edir.

6. Nazca xətləri
Peruda yerləşən bu xətlərə yerdən baxanda çox da təsiredici bir görüntü sərgiləməsə də, onlara yuxarıdan baxanda vəziyyət bir qədər dəyişir. Arxeoloqlar bu görkəmli xətlərin geometrik şəkillərdən tutmuş heyvan, bitki və xəyali fiqurlara qədər müxtəlif şeyləri təsvir etmək məqsədilə çəkildiyini və təxminən 2000 il əvvəl düzəldildiyini düşünürlər. Lakin nə məqsədlə inşa edildikləri hələ də bir çox mübahisəyə səbəb olan sirli bir mövzu olsa da, bir çox arxeoloq xətlərin Nazca tanrılarının aralarındakı bir növ əlaqə metoduna işarə etdiyinə və ya təbiət ayinlərinin bir parçası olaraq inşa edildiyinə inanır.

 7.Giza piramidaları
Misirin böyük piramidaları haqqında arxeoloqların məlumatı yetərincə olsa da, hələ də gün üzünə çıxarılmadığı düşünülən xüsusiyyətləri də bu tikililəri sirli edir. Təqribən 5000 il əvvəl inşa edilən bu üçlü piramida kompleksi antik misirlilərin fironlarına hörmətlərini göstərmək üsulu olaraq dəyərləndirilir. Arxeoloqlar günümüzdə hələ də nə səbəbdən və necə inşa edildiyi mübahisələrə səbəb olan piramidaların içində yeni tunellər kəşf etməyə davam etdiklərini də vurğulayırlar.

8. Torino kəfəni
Həzrəti İsanın kəfəni olduğu düşünülən “Torino kəfəni” qədər mübahisə olunan başqa bir arxeoloji kəşf daha yoxdur demək mübaliğə olmaz. Bu uzun parça üzərində qan və bir adama aid olduğu düşünülən bəzi izlər daşıyır. 1353-cü ildə Katolik kilsəsi Fransanın Lirey bölgəsindəki bir kilsədə belə bir kəfənin varlığını rəsmi olaraq qeyd etdi. Əfsanəyə görə bu kəfən günümüzdəki cənubi Fələstindən Edessaya (Edessa qraflığı – Fələstin torpaqlarında 1098-1144-cü illərdə mövcud olmuş dövlət birliyi), yəni indiki Şanlıurfa bölgəsinə, oradan isə İstanbula gəlib. 1204-cü ildə xaçlıların İstanbulu yağmalamalarından sonra bu kəfənin onlarla birlikdə Afinaya gəldiyi bilinir. 1980-ci illərdə elm adamlarının əlinə keçən bu kəfənin həqiqətən İsaya aid olub-olmadığını anlamaq üçün test edən tədqiqatçılar kəfənin saxta olduğu qənaətinə gəldilər, çünki edilən testlər parçanın e.ə.1260 və 1390-cı illərdə düzəldilmiş ola biləcəyini ortaya qoydu. Lakin bu nəticəyə etiraz edənlər və bu testlərin kəfənin sonradan əlavə edilən, yəni yeni hissələrinə tətbiq olunduğunu, amma əslində, kəfənin daha qədim zamanlara aid olduğunu iddia edənlər də var.

9. Cochno daşı
Arxeoloqlar Şotlandiyanın Glasgow şəhərində 5000 yaşında bir daş lövhədə qazıntı və kəşflər ediblər. Daşın üzərindəki motivləri dəyərləndirən elm adamları bunun antik dövrlərə aid olan bir əsər olduğuna qərar veriblər. 1930-cu illərdə bu tapıntı üzərində tədqiqat aparan bir qrup arxeoloq daşın üzərindəki işarə və yazıların astronomik hadisələr ilə bir əlaqəsi ola biləcəyini düşünmüşlər. Lakin yeni araşdırmaya görə bu fikir doğrunu əks etdirmir. Tədqiqatçılar eramızdan əvvəl insanların bu daşı nə kimi vəziyyətlərdə istifadə etdiyinə dair araşdırmalarına davam edirlər.

10. Tutanhamonun ölümü
Tutanhamonun məzarının gün üzünə çıxarıldığı 1922-ci il tarixindən bəri “fironun lənəti” olaraq bilinən və məzara yaxınlaşan hər kəsin bir şəkildə öldüyünü anladan hekayələr qulaqdan-qulağa yayılmağa başladı. Fironun məzarının sirrindən daha da diqqət çəkən şey Tutanhamonun necə öldüyüdür. Arxeoloqlar bu kralın gözlənilməz bir şəkildə öldüyü və ölümünə ya bir infeksiyanın, ya da iki təkərli araba qəzası sonrası əmələ gələn yaraların səbəb olduğunu düşünürlər.

Aytac Ələkbər