Bilgisel.az 10 avqusta olan astroloji proqnozu təqdim edir.

Qoç – Bugün görüləsi işlər az deyil. Özünüz üçün bir fəaliyyət planı hazırlayın. Bu planda ən kiçik xırdalıqlara riayət edin. Çalışın riskə getməyin. Düşünülməmiş addımlar atmaq və ağır işlərə başlamaq məsləhət deyil. Maliyyə cəhətdən uğurlu gözlənilmir. Əldə etdiyiniz pulları xərcləməyə tələsməyin. Günün əvvəlində əhvalınız pis olmasa da axşam saatlarında səhhətinizdə problem yarana bilər.

10 avqustda qoç bürcünü gözləyənlər

Qoç bürcü

Buğa –Səbrli olun hadisələr ləng inkişaf edir. Hətta ən sadə işlər və proseslər gözləntinizin əksinə olur. Yaxınlarınzla münasibətlərin rəvan olmasına çalışın. Ciddi ixtilaflar və mübahisələrin yaranmasına imkan verməyin. Əks təqdirdə əlaqələrdə ciddi problemlər yarana bilər. Gün maliyyə baxımından uğurludur. Bilik, bacarıq və təcrübənin artırılması və yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır.

10 avqustda buğa bürcünü gözləyənlər

Buğa bürcü

Əkizlər – görüləsi işlər çoxdur. Yaxınlarınız sizdən problemlərin həll edilməsini və manelərin aradan qaldırılmasını gözləyirlər. Qəfil gəlir əldə edəcəksiniz. Yeni tanışlıqların yaranması gözləniləndir. Lakin ilkin təəssüratlara aldanmayın.

10 avqustda əkizklr bürcünü gözləyənlər

Əkizlər bürcü

Xərçəng – asan, rahat və xoş gündür. Dostlarla görüş və romantik yemək üçün əlverişli zamandır. Səmimi və gülərüz olun. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Ağır işlərlə məşğul olmayın.

10 avqusta şir bürcünü gözləyənlər

Xərçəng bürcü

Şir – hücum taktikası seçməyin. Mümkün qədər təmkinli, ehtiyatlı davranın. Məqsədə çatmaq üçün gərəyindən artıq vaxt və qüvvə sərf etməyin. Hədəfə doğru aparan yolda ikinci şans olmayacaq.

 

10 avqustda şir bürcünü gözləyənlər

Şir bürcü

Qız – ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun. İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı zamandır.

10 avqustda qız bürcünü gözləyənlər

Qız bürcü

Tərəzi – hadisələrin axarı sizi təmin edirsə, proseslərə süni təkan verməyə can atmayın. Yaxın gələcəklə bağlı planları quranda praqmat olun. Həmkarlarınız və ya tərəfdaşlarınızla ümumi maraqlarınızı bir daha təhlil edin. Bir qədər sonra əməkdaşlığın yeni variasiyası formalaşmağa başlayacaq

1o avqustda tərəzi bürcün gözləyənlər

Tərəzi bürcü

Əqrəb – yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Yeni simalar sizi stereotipləri dağıtmağa vadar edə bilər. Çoxdan bəri əlaqə saxlamadığınız insanlarla təmaslara yenidən nəzər salın.

 

10 avqustda əqrəb bürcünü gözləyənlər

Əqrəb bürcü

Oxatan – uzun-uzadı söhbətlər və müzakirələr effektiv olmayacaq. Nisgilə qapılmayın. Dəyər verdiyiniz insanla sərinləşmiş münasibətləri inkişaf etdirmək istəyirsinizsə, aktiv olun. Ötənləri geri qaytarmaq olmaz, amma kiçik səhvləri və yanlışlıqları bağışlamaq mümkündür.

10 avqustda oxatan bürcünü gözləyənlər

Oxatan bürcü

Oğlaq – situasiya yeni problemlər yaradacaq. Etibar etdiyiniz insanla səmimi söhbət bir sıra məqamlara aydınlıq gətirəcək. Müəmmalı məsələlərin çözülməsində intuisiyanıza güvənin.

 

10 avqustda oğlaq bürcünü gözləyənlər

Oğlaq bürcü

Dolça-çoxdankı rəqiblərlə münasibətlərin gərginləşməsi istisna deyil. Dostlar və ya qohumlardan birinin sizə qarşı ambisioz iddiaları var. Yaxın ətrafınızdakı insanların tələbləri ilə istəklərini nəzərə alın.

 

10 avqustda dolça bürcünü gözləyənlər

Dolça bürcü

Balıqlar – istənilən problemi həll edə bilərsiniz. Məqsədi dəqiqləşdirin. Saatlar keçdikcə ünsiyyət çevrənizi məhdudlaşdırın. Maliyyə, texniki və fiziki təhlükəsizliyinizi təmin edin. Diqqətli, sərvaxt olun.

10 avqustda balıqlar bürcünü nə gözləyir

Ülkər Abdurahmanlı