Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olankitabın sehirli gücünü tanımaq üçün hər il 23 Aprel tarixində bütün dünyada tədbirlər keçirilir. Bu münasibətlə UNESCO vəkitab sənayesinin üç əsas sektorunu– naşirləri, kitab ticarətçilərini və kitabxanalarıtəmsil edən beynəlxalq təşkilatlar növbəti ilin 23 Aprel tarixinədək Günün qeyd edilməsini öz təşəbbüsləri vasitəsilə təmin etmək üçün şəhərlərdən birini Ümumdünya Kitab Paytaxtı kimi seçirlər.
23 Aprel – dünya ədəbiyyatında simvolik tarixdir. Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli müəlliflərin vəfat etdiyi gündür.Bu tarix kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək,hər kəsi bəşəriyyətinməkan və zaman sərhədlərini aşaraq ideyaları paylaşmaq üçün ən gözəl ixtira, həmçinin yoxsulluğun aradan qaldırılması və sülhün bərqərar edilməsininbaşlıca qüvvəsi olan – kitabları əldə etməyə təşviq etmək məqsədi ilə 1995-ci ildə Parisdə keçirilmiş UNESCO-nun Baş Konfransının təbii seçimi idi.
UNESKO öz fəaliyyəti dairəsində kitablarıvə müəlliflik hüququnu təşviq edərək- “Ədəbiyyatın Kreativ Şəhərləri” şəbəkəsindən tutmuş savadlılığın təşviqinə, mobil tədrisə, elmi biliklərə və təhsil resurslarına açıq girişin təkmilləşdirilməsinədək – yaradıcılığı, müxtəlifliliyi və biliklərə bərabər səviyyədə əlçatımlığı dəstəkləyir.
Müəlliflər, naşirlər, müəllimlər, kitabxanaçılar, ictimai və özəl müəssisələr, humanitar QHT-lər və KİV-lərin, həmçinin birlikdə işləmək həvəsi olan bütün maraqlı tərəflərin də aktiv şəkildə cəlb olunması ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın hər yerində milyonlarla insanı bir araya gətirənplatformaya çevrilib.
Hər il UNESCO-nun Baş qərargahında böyük bayram tədbiri keçirilir. Kitab ticarətçiləri, nəşriyyat şirkətləri və rəssamlar kitablara və mütaliəyə olan sevgilərini gənclərə praktik seminarlar keçirmək vasitəsilə (mətbəə, illüstrasiya, kitab cildlənməsi, manqa stili və s.) bölüşmək üçün dəvət olunur. UNESCO Sizi səmimi qəlbdən bizimlə bu səyahətə qoşulmağa və kitabları biliklər mübadiləsi, qarşılıqlı anlaşma və dünyanın müxtəlifliliyinə açıqlılıq üçün qiymətli bir alət kimi sevməyədəvət edir.