Dünya miqyasında statistik göstəricilərə görə məktəbəqədər təhsil müəssisələrinə və məktəbə getməyən 260 milyon uşaq var.

Bilgisel.az bildirir ki, təcili surətdə bu problemin həlli yolları tapılmazsa, təqribən 10 il ərzində 825 milyon uşaq elm və təhsildən məhrum olacaq

Bəs bu qədər uşaq niyə təhsildən məhrum olur? Onların təhsil almasına nələr əngəl olur?

150 milyondan çox uşaq işçi kimi istismara məzur qalır

Təhsildən Yayındıran Səbəblər

Uşaqları məcburi əməyə sərf edilməsi

Təhsil müəssisələrinə edilən hücumlar

Dünya miqyasında yüzlərlə məktəb hücuma məruz qalıb. Buna görə bir çox uşaq təhsil almaq hüquqlarından məhrum olublar. Keçən il yayımlanan bir sənədə görə, son beş ildə 34 ölkədə elm istiqamətində 14.000-dən çox hücum olub ki, onlardan 10.000-i  məktəblər istiqamətində olan hücumlardır.

“The Global Coalition to Protect Education from Attack” ( Hücumlardan elmi qorumaq üçün yaradılmış qlobal koalasiya) bu barədə açıqlama verib:

“Binalar bombalanır, silahlı qüvvətlər tərəfindən məktəblər dağıdılır. Doqquz ölkənin hər birində 500-dən çox məktəbə hücum edilib.

30 ölkədə məktəblər hərbi məqsədlər üçün işğal edilib”.

Qız şagirdlərinin qaçırılması və onlara təcavüz edilməsi onların məktəbə davam edə bilməmələrinə səbəb olan başlıca amillərdəndir.

Uşaqlardan işçi kimi istismarı

5-17 yaş arası, yarısı isə 11 yaşdan aşağı olan 150 milyondan çox uşaq məcburi surətdə işlədilir. Uşaqların işçi kimi işlədilməsi onlar üçün zehni, fiziki, sosial və əxlaqi olaraq təhlükəli və zərərli hesab olunur və uşaqların təhsil həyatına mane olur.

Uşaqlar tarlalarda, zavodlarda, mədənlərdə müxtəlif sahələr üzrə işləyirlər. Uzun saatlar işləyir, ağir yüklər daşıyır, həşərat dərmanları kimi toksik maddələrə məruz qalırlar.

Uşaq evliliyi

Son 10 ildə 25 milyon uşaq evliliyi əngəllənib. Bu böyük bir addımdır. Amma atılacaq daha çox addımlar var. Hər il 12 milyona yaxın qız uşağı 18 yaşından əvvəl evləndirilir. Bu evliliklər qız uşaqlarının həyatlarında sağlamlıq və elm baxımından böyük problemlərə yol açır. Evliliyi çox vaxt qızlar üçün məktəbə getməkdən daha böyük bir qayə kimi baxırlar.

Ortalama olaraq, hər beş uşaqdan biri işğala məruz qalmış ölkədə yaşayır. Və bunun nəticəsində elm və təhsildən məhrum qalır. Müharibə zonalarında böyümənin uzun müddətli dağıdıcı təsirləri olur. “Unicef”in hesablamalarına görə, dünya miqyasında 48,5 milyon uşaq müharibə şəraitində yaşadığına görə məktəbə gedə bilmir.

Əlilliyi olan uşaqlar

Əliliyi olan uşaqların məktəbə getməmək ehtimalları daha yüksəkdir.

Dünya miqyasında əlilliyi olan 100 milyon uşağın 80 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Bu ölkələrdə yaşayan əlilliyi olan uşaqların 40 faizi məktəbəqədər təhsil müəssisəsinə, 50 faizi məktəbə getmir.

Bundan əlavə özünü digər uşaqlardan fərqli dəyərsiz hiss edən minlərlə uşaq var.

Uşaqlar məktəblərdə təcavüzə məruz qalır

Təhsildən Yayındıran Səbəblər

Təcavüzə məruz qalan uşaqlar

Cinsiyyət

6 və 17 yaş arasındakı 130 milyon qız cinsiyyətinə görə məktəbə gedə bilmir. Qızların məktəbə gedə bilməmək ehtimalları oğlanların bu ehtimallarından dörd qat çoxdur. Bəzi bölgələrdə yaşayan ailələr övladı sırf qız olduğu üçün məktəbə göndərməyi düzgün hesab etmirlər.

2010-2015-ci ildə cinsiyyətə görə ayırım əhəmiyyətli dərəcədə azalıb.

Dil problemi

Ana dilində təhsil ala bilməyən milyonlarla uşağın məktəbi yarıda buraxmaq ehtimalları olduqca yüksəkdir.

500 milyona yaxın uşaq evdə ailələri ilə danışdıqları dildən fərqli dildə təhsil alırlar.

İnkişaf edən ölkələrdə uşaqların məktəbə getmə və məktəbdə uğurlu olma ehtimalları tədrisin öz ana dillərində olması ilə artır.

Kasıblıq

Bir çox ailələr üçün təhsil almaq ehtimal deyil. Çünki yoxsulluq içində yaşayırlar. Bu ailələr uşaqlarının məktəb xərclərini ödəyə bilmirlər.

Dünyanın bəzi bölgələrində dövlət məktəbləri yoxdur. Ödənişli özəl məktəblərə də yoxsul ailələr övladlarını göndərə bilmirlər.

Təmizlik

Dünyanın bir çox ölkələrində təmiz içməli su və əlverişli iqlim şəraiti yoxdur.Yoxsul ölkələrdəki məktəblərin sadəcə 53-də içməli su var.

Uşaqlara Şiddət

Təxminən 246 milyon qız və oğlan uşağı hər il məktəbdə təcavüzə məruz qalır.

Bu amillər uşaqların məktəbə getməməsinə, təhsildən geri qalmalarına səbəb olan əsas faktorlardandır.

 

Ülkər Abdurahmanlı