Pandemiya dövründə rəqəmsal xidmətlərə və ağıllı cihazlara bağlılıq artıb. Xüsusilə, valideynlər bu dövrdə uşaqlarının başını qatmaq üçün onların mobil telefonlardan və digər rəqəmsal cihazlardan daha çox istifadəsinə göz yumur.
“Kaspersky” şirkəti “Məsuliyyətli rəqəmsal valideynlik”lə bağlı sorğu keçirib. Sorğuda bir çox ölkədən 5000 nəfər iştirak edib. Anket bir çox maraqlı nəticələr üzə çıxarıb:
– Valideynlərin əksəriyyəti, 91%-i bildirib ki, səyahətlərdə uşaqlarını əyləndirmək üçün mobil cihazlardan istifadə edirlər.
– Sorğuda iştirak edənlərin 20%-i özlərinə zaman ayırmaq üçün, 46%-i isə uşaqlarını sakitləşdirmək üçün ağıllı cihazlardan istifadə etdiklərini bildiriblər.
Araşdırmanın nəticələrinə görə, uşaqların 73 %-nin ağıllı telefonu və ya tableti var və onların böyük bir qismi ilk cihazlarına hələ 10 yaşındaykən sahib olurlar. Ancaq valideynlərin 26%-i uşaqlarına internetdə təhlükəsizliklə bağlı məlumat vermirlər.
Şirkətin uşaq təhlükəsizliyi üzrə direktoru Andrey Sidenko bildirir ki, uşaqların rəqəmsal qurğulardan nəzarətsiz istifadəsinə yol verilməməlidir:
“Valideynlərin çoxu uşaqlarını əyləndirmək, sakitləşdirmək, ya da özlərinə vaxt ayırmaq üçün bu cihazlrdan istifadə edirlər. Lakin, onlar rəqəmsal qurğuları nəzarətsiz istifadə etməməlidirlər. Ekran qarşısında keçirilən vaxtı məhdudlaşdıraraq, ya da qarşılıqlı danışaraq bunu etmək bir yerə qədər mümkün olsa da, bir təhlükəsizlik həllindən faydalanmaq olar”.
Valideynlərə tövsiyələr
Uşaqlara cihazlardan faydalı şəkildə istifadəni öyrətmək və onları uyğunsuz məzmunlardan qorumaq üçün mütəxəssis tövsiyələr verir:
– Uşaqlarınıza internet etikasını ( təhqir və aşağılayıcı yazılardan çəkinmək, untancverivi, uyğunsuz fotoları paylaşmamaq) və internetdə təhlükəsizlki qaydalarını ( tanımadığı insanlara cavab verməmək, çox şəxsi məlumatların paylaşılmaması) izah edin.
– Övladınızla ünsiyyət qurun. Onun maraq dairələrini kəşf edin və buna uyğun məzmunlar, videolar tövsiyə edin. Onları başa düşən müasir bir valideyn olduğunuzu göstərin və sizdən hər zaman məsləhət ala biləcəyini hiss etdirin.
– Uşaqlarınızın internetdə izlədiklərini izləmək üçün uşaq təhlükəısizliyi ilə bağlı proqramlardan istifadə edin.