Təlim və tərbiyə bir-biri ilə vəhdət təşkil edir. Pedaqogikada məlum olduğu kimi yaş psixologiyası mövcuddur. Hər yaş mərhələsi bir-biri ilə bağlılıq təşkil edir. Yəni sən uşağa 5 yaşında doğru yanaşma edə bilmirsənsə, bu mütləq özünü 10 yaşında göstərir.

Uşaqların təlim-tərbiyəsi ilə bağlı valideynləri narahat edən əsas məsələləri nəzərdən keçirək:

1. “Oxuyuram, amma yadımda qalmır “

Bu, əsas problemlərin başında gəlir. Valideynlər ilk olaraq düşünür , övladının hafizə  zəifliyi var. Əlbəttə, bunu övladına hiss etdirdiyi vaxtdan sonra övladı daha da bu bəhanəyə qaçmağa başlayır. (Çünki artıq ailəsinə bunu qəbul elətdirib).

‌Valideyin ilk olaraq bu məsələ ilə bağlı , ümumiyyətlə , övladının yanında heç bir fikir söyləməməlidir. Bir müddət müşahidə aparmalıdır . Övladında daxili motivasiya yaratmaq çox vacibdir.

‌2. “Oxuyana şokolad, oxumayana şapalaq”

B‌u yanaşma , təəssüf ki, bu gün bəzi ailələrdə ən önəmli

” tərbiyə metodu” kimi öz işini görür. Bu, tamamilə yanlış bir yanaşmadır.  “Oxu sənə onu alacam, bu iş üçün sənə icazə verəcəm”, – deyə-dəyə gələcək üçün rüşvətxor insanlar hazırlayırsınız.

‌3. Övladınıza sual verin: “Niyə oxuyursan?”

Yəqin ki, sizə fərqli cavablar veriləcək. Burda üç cavab eşidəcəksiniz. 1-ci qrup uşaqlar – filan peşəyə sahib olacam ( bu uşaqlarda ilkin məqsəd var və bunun üçün onlara dəstək olmalısınız ). 2-ci qrup uşaqlar – nə olacağını bilmir, düşünün bir yol gedirsiniz , amma məqsəd yoxdur. Məqsədsiz yeriyən insanlar çox tez yorulur. 3-cü qrup uşaqlar -“Oxuyub adam olacam”. Bu isə ən dəhşətli cavabdır. Onlara izah edin ki , oxumadan adam olmaq olur. Söyləməsi gərəkən “oxuyub adam olacam yox , oxuyub adamların həyatın yaxşıya doğru dəyişəcəm.”

4. “Övladıma nə qədər azadlıq verməliyəm?”

‌Bu gün əksər valideyinlərdə bir düşüncə var: “Getmə gözümdən, gedərəm özümdən “. Bu düşüncə ilə uşaq böyüdülür. Heç bir yerə getməsinə, tək iş görməsinə , öz ayağı üstündə durmağına heç zaman imkan yaradılmır . Bəs sonra nə olur?

‌Həmin uşaq böyüyür. Valideyn nəzarətindən qopur. Uşaqlıqda dada bilmədiyi edə bilmədiyi hər şeyi birdən etməyə başlayır. Bu çox mənfi hadisələrə səbəb olur.

 ‌5. Valideyn güvəni övladının həyatında nələri dəyişə bilər?

‌Uşaq vaxtı qonşumuzun əlində bir neçə qurumaqda olan balaca ağac ilə zibilliyə yaxınlaşdığını görmüşdüm. O qurumaqda olan, həyatdan əl üzmüş ağaclardan birini zibilliyə atmasını qoymayıb, alıb həyətimizə gətirdim. Yolda onu nə edəcəyimi soruşanlara əkəcəyəm cavabın verəndə hamısı  gülüb “uşaqdı”- deyib gedirdilər. Həyətə gətirəndə atamdan ağacı əkmək üçün kömək istədim. Atam da ağacın yetişəcəyinə ümid etmədən mənə kömək etdi. Hər dəfə yeri qazdıqca o ağacın həyata tutunacağına daha da inanırdım. Hər gün ağaca su verməyə başladım… O ağac həyatımızdakı ən yaşıl ağacdır.

Bu ağac yaşıllaşmağa başladığı an mən həyata daha çox inanmışdım. Bu ağac mənim uşaqlıqda aldığım ən böyük dərs idi.

Təhsil meneceri, müəllim Turan Həsənli