Sən demə üz cizgilərinə görə insan xarakterini bilmək olurmuş. Çinli alimlər bunun üçün alın, burun, çənə, qaş, göz və dodaqların quruluşunu əsas götürürlər.
Yumuru üz şəkli
Su ünsürü bürclərində daha çox olan yumuru sifət quruluşu mehriban xarakterdən xəbər verir.Qoruyucu və sakit olurlar. Ünsiyyət qurmağı, yemək yeməyi çox sevirlər. Elə buna görə də kökəlməyə meyilli olurlar. Bu üz şəklinə sahib olan insanların dostları çox olur.
Düzbucaqlı üz şəkli
Torpaq ünsürünə malik insanlarda daha çox rast gəlinir. Fədakardırlar. Hər vəziyyətdə nə edəcəklərini bilirlər. Zahiri görünüşlərinə önəm verirlər. Tez əsəbləşirlər.
Kvadrat üz şəkli
Od ünsüründə olan bürclərdə olur. Sağlam və enerjilidirlər. Yeməyi çox sevsələr də, tez arıqlaya bilirlər. Araşdırmarğı, kəşf etməyi və səyahəti sevirlər. Dəri problemləri ola bilər. Yaddaşları çox güclüdür.
Üçbucaq üz şəkli
İnsanları tez-tez səhv anlayırlar. Qayda-qanunla hərəkət edən çox çalışan insanlardı. Dəyişkən, qərarsız eyni zamanda da karizmatik olurlar. Görünüşləri hər zaman gözoxşayandır.

Saç şəklinə görə
Saçları seyrək, incə olan insanlar nəzakətli, düşüncəli, kübar eyni zamanda da tez küsəyən olurlar.
Qalın qıvırcıq saçlı insanlar güclü xarakterə sahib olurlar. İstədiyi hər şeyi əldə edən, güclüdürlər. Tez əsəbləşirlər.
Alın

alnımıza görə xüsusiyyətlərimiz

alnımıza görə xüsusiyyətlərimiz

Geniş alına sahib olan insanlar yüksək xəyal gücünə və intellektə sahibdirlər. Dar alın insanlar diqqətli, vaxta önəm verən, riyazi bacarıqlara malik olurlar. Qabarıq alına sahib olanlar isə təşəbbüskar, yola gedən və bölüşməyi sevən olurlar.
Gözlər

Gözümüzün forması xarakterimizdən xəbər verir

Gözümüzün forması xarakterimizdən xəbər verir

Gözləri çuxurda olanlar ciddi və sirli, gözləri sifətə yaxın olanlar isə vasvası və qərarlı insanlardır. Böyük gözlülər açıqsözlü, kübar və sözünə inamı olan kəslərdir. Kiçik gözlər isə qapalı xarakterdən xəbər verir. Sallaq gözlü insanlar həyata optimist baxmağı sevmir. Domba gözlərə sahib olanlar isə yaşamaq həvəsi yüksək olmaqla yanaşı, küsəyənlikləri ilə də tanınırlar.

Burun

burnumuzun formasına görə xarakterimiz

burnumuzun formasına görə xarakterimiz

İnsan xarakterini açmaqda iy bilmə funksiyasını yerinə yetirən burunlarımızın da rolu böyükdür. Enli burunlar iş həyatında özlərinə daha çox inanırlar. Kiçik burunlar isə idarəçilik və zəmanəti sevirlər. Burnu böyüklər idealist və lider olmaq istəyindən xəbər verirsə, əyri burunlar ünsiyyətçilliyi göstərir. Yumuru və şiş burunlar isə daha qənaətçilliyi ilə fərqlənən insana xas əlamətlər sayılır.
Aytəkin Cəlali