Qiyamdan sonra “Wagner” PMC bölmələrinin bir hissəsi öz-özünə dağılacaq, bəzi döyüşçülər isə Müdafiə Nazirliyinin rəhbərliyi altında keçə biləcəklər”.

Bu barədə Rusiya Federasiyasının Dövlət Dumasından bildirib.

Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolevin sözlərinə görə, muzdluların sahibi Yevgeni Priqojinin Belarusa xidmətə getməsinə icazə verilməyəcək.

“Birbaşa üsyanda iştirak etməyənlər istəsələr, Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb xüsusi əməliyyat zonasına qayıdacaqlar. İştirak edənlərin aqibətinin necə olacağı hələlik bəlli deyil, lakin Priqojinə qarşı cinayət işi də dayandırıldığı üçün onlar cinayət məsuliyyətinə cəlb edilməyəcəklər.”, – deyə o bildirib.

Eyni zamanda o, qiyamda iştirak edən muzdluların, evə göndərilməsini təklif edib.

“Onların ləyaqətləri nəzərə alınsa, onlar təqib olunmayacaqlar. Bu, rəsmi olaraq hər şeydir, mən bunu Peskovdan aydın eşitmişəm”, – Sobolev deyib.