Kahramanmaraşda baş verən zəlzələdə minlərlə insanın həyatını itirib. Ölənlərfən biri də “Hatayspor”un ulduz futbolçusu Kristian Atsu olub. Atsunun cəsədi dağıntılar arasında tapılıb və bu, idman dünyası üçün böyük itki sayılır. “Hatayspor”un baş məşqçisi Volkan Dəmirəlin qanalı ulduzla bağlı paylaşımı isə hər kəsi göz yaşlarına boğdu.

Fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə iki təbii fəlakət nəticəsində on minlərlə insan həyatını itirib. AFAD-ın son açıqlamalarına görə, 40 642 nəfər həyatını itirib. Fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə iki təbii fəlakət nəticəsində on minlərlə insan həyatını itirib. AFAD-ın son açıqlamalarına görə, 40 642 nəfər həyatını itirib. Zəlzələnin ən çox zərər çəkdiyi əyalətlərdən biri olan Hatayda dağılan Renessans Residence binasının dağıntıları arasında qalan adlardan biri də Kristian Atsu olub. Zəlzələnin ən çox zərər çəkdiyi əyalətlərdən biri olan Hatayda dağılan Renessans Residence binasının dağıntıları arasında qalan adlardan biri də Kristian Atsu olub. Dağıntılar altında Atsuya ümid var idi, amma kədərli xəbər zəlzələdən 13 gün sonra gəldi. “Hatayspor”un ulduzunun cansız cəsədi tapılıb. Dağıntılar altında Atsuya ümid var idi, amma kədərli xəbər zəlzələdən 13 gün sonra gəldi. “Hatayspor”un ulduzunun cansız cəsədi tapılıb. Atsunun ölümündən sonra idman dünyasını şoka salan xəbərlə bağlı saysız-hesabsız emosional paylaşımlar edilib.

Zəlzələnin ilk günündən canını dişinə verən Volkan Dəmirəl Twitter-dəki paylaşımında bu ifadələrə yer verib:

“Ağrılarımın təsvirini sözlə ifadə edə bilmirəm. Ağrı heç vaxt bitməyəcək. Hər zaman böyük sevgi və hörmətlə anılacaqsan. Məkanın cənnət olsun, gözəl insan. Hamımıza və bütün fanatlarımıza başsağlığı verirəm”.