Xarakter haqqında çoxlu məlumat əldə etmənin çoxlu yolları var. Bir şəxsə bütün gün baxmaq, davranışlarını və etdiyi hərəkətləri analiz etməklə onu tanımağa çalışmaq olar. Başqa bir üsul isə heç kimin dediklərinə qulaq asmadan o şəxsin həyatındakı obyektiv məlumatlara baxmaqdır. Bu məktəb həyatı, iş yeri ola bilər.
Məlumatın müxtəlifliyi 4 yerə ayrılır:
L-data – həyatdan əldə olunan məlumat
O-data – hislərdən əldən olunan məlumat
T-data – testlərdən əldə olunan məlumat
S-data – keçmişdən əldə olunan məlumat
L-data
İnsanın indiki və keçmişlə bağlı məlumatları bu datada yerləşir. Məsələn bir uşağın məktəbdəki aktivliyi üçün aldığı qiymətlərə nəzər yetirilir. Yaxud da polis tərəfindən tutulmuş bir adamın keçmişdə bir səhvi olub olmamağı araşdırılır.
O-data
Fərdlər ayrı-ayrılıqda müəyyən suallarla yoxlanır. Həmin insanlar dost, valideyn və ya müəllim olaraq yoxlanılır. Məsələn bir insanı dost olaraq sorğu-sual edəcəyiksə, həmin insanın vicdanına, münasibət əlaqələrinə baxacayıq.
T-data
Bura testlərdən əldə olunan məlumatlar daxildir. Həmçinin texnologiya daha da inkişaf etdiyi üçün laboratoriya şəraitində olmadan belə bu testləri etmək olar. Məsələn uşaqlara yarışda qazandıqları hədiyyəni, diplomu gec verərək onların səbr həddini ölçmək olar.
S-data
Burada ən geniş yayılmış üsul anketdir. Birdən çox nömrələnmiş test və suallar olur. Bu zaman bəzən nəticə gözlədiyimiz kimi olmaya da bilər. Çünki fərdlər özlərinin fərqində deyillər, daha çox müsbət xüsusiyyətlərinə diqqət yetirirlər.
Yuxarıda danışdığımız 4 data tədqiqatçılara insanların davranışlarını, hislərini, düşüncələri ilə bağlı psixoloji məlumatları öyrənməyə kömək edən məlumat növləridir. Psixoloqlar insanların uzun müddət etdiyi fərqli davranışları nəzərdən keçirirlər, onların üstündə tədqiqatlar aparırlar. Buna görə də beyin datalarını bilməyə ehtiyac vardır.
Psixoloq Xanım Bəşirli