İçindəkilər:
Qırmızı bibər – 1 kq
Üzüm sirkəsi – 1 stəkan
Sulu yağ – yarım stəkan
Duz – yarım xörək qaşığı
Cəfəri – 7-8 sap
Sarımsaq – 7-8 diş
Hazırlanması:
Qırmızı bibərləri yaxşıca yuduqdan sonra ortadan 2 yerə bölüb, saplağını kəsib, tumunu çıxardırıq. Tavaya sirkəni, sulu yağı və duzu əlavə edib azca isidirik. Qırmızı bibərləri də tavaya əlavə edib, 3-4 dəqiqə azca bişiririk. Bibərlər biraz yumşaldıqdan sonra soyuması üçün başqa bir qaba əlavə edirik. Bibərlər çox yumşaq olmamalıdır. Yoxsa dağıla bilər. Bibərlər soyuduqdan sonra doğradığımız cəfərini, sarımsaqları da üzərinə əlavə edib qarışdırırıq və şüşə bankalara əlavə edirik. Üzərinə də tavada qalan yağı və sirkəni əlavə edib, ağzını yaxşıca bağlayırıq. 1 gün otaq temperaturunda saxladıqdan sonra soyuducuya qoyuruq. Nuş olsun!
Mübariz ZƏKİ