Başlanğıcda sadəcə boşluq var… Hələ dünya var olmamışdan əvvəl 11 çayın axdığı Nifheimdə ölüm var olur. Nifheimin cənubunda Muspell adlı isti dünya yaranır. Buranı divlər qoruyur. Divlər bura Stur, yəni Qaranlıq dedilər…

Nifheimdakı çaylar donmuşdu və bu çaylara divlər Ginnugagap deyirdilər. Bir gün Muspellin isti qıvılcımları çaylara düşür və onları əridir. Əriyən çayların damlaları Ymiri yaradır.Ymirin tərindən isə digər dişi və erkək divlər yaranır. Bu əfsanənin başqa bir yaranma versiyası isə belədir. Əriyən damlalar ilk inək şəklini alır və Audhumla adında da inək Ymiri bəsləyir. Eyni zamanda o, duz parçalarını yalayaraq ilk insan şəkilini yaradır. İlk insan Buridir. Onun oğlu Borr div qızı Bolthorla evlidir. Bolthoru Odin, Və və Vili birləşərək Borra uyğun yaradırlar.Görüntüsü səbəbi ilə Ymiri öldürürlər. İnsandan sonra isə iki ağac yaradırlar. Bu ağaclar nəfəs alan, eşidən və görə bilən ağaclar olur ki, bunlara Askr (dişbudaq) və Embla ( qara ağac) adlarını verirlər. Ağaclardan sonra Tanrıların məskəni olan Asgardı yaradırlar.

Tanrılar
Skandinaviya tanrıları iki qrupa bölünür: Aesir və Vanir tanrıları. Aesirin tanrıları Odin və Thordu. Vanirin tanrıları isə Njord, Frey və Freyadır. Odin – Skandinaviya əfsanələrində ona Tanrıların atası deyilir. O, döyüş və müdriklik tanrısıdır. Odin təsvir edilərkən ətrafında iki Freki və Geri adlı qurdla təsvir olunur. O qurdlar dünyanı gəzib Odini olub bitənlər haqqında bilgiləndirirlər. Onun güc mənbəyinin biri də mizrağı Gungnirdir. Digər güc mənbəyi isə havada, dənizdə və yerdə hərəkət edə bilən 8 ayaqlı atı idi. Onun arvadı Friggdən Balder, Hod Bragi və Hermod,Tanrıça Jorddan Thor və div Griddən olan Vidar adında uşaqları olub. Odin tək gözlü olub. O, bir gözünü müdrikliyə sahib olmaq üçün qoruyucu Mümirin müdriklik quyusuna oyub atıb. Raqnarok  günü çatanda isə Odin Fenirir tərəfindən öldürülür.

Thor

İlginç Proqnozlar

Tanrıların ən güclüsü

Atası Odin, anası Torpaq Tanrıçası Jorddur. Thor və ya Donnar Skandinaviya tanrılarının ən güclüsüdür. Thor göy gurultusu, ildırım, yağış və tarım tanrısıdır. Thorun 4 sehirli əşyası var idi: Mijöllnr (çəkicinin adı), qızıl kəmər, dəmir əlcək və keçiləri Tanngniost (ayrı diş) və Tanngrisnir (  diş qıcırdatan və ya azı dişi) . Thorun çəkicini Brokk və Eitri adında cücə qardaşlar hazırlayıb. Bu zaman pisliklərin tanrısı Loki ağcaqanad şəklinə girib cücə qardaşları dişləməsi nəticəsində Cəkicin sapı qısa olub. Thor çəkici havaya qaldırdıqda nəinki çəkicin özü küləyi belə düşməni öldürə bilirdi,  hətta onu rahat daşıması üçün çəkic kiçilib böyüyə bilirdi. Eyni zaman da Thor çəkici atdıqda o sonra özü geri qayıdırdı. Bu çəkic Thor əfsanəsinin simvoludur. Onunla Thor fırtına və yağışları idarə edirdi. Ən önəmlisi isə bu çəkici istifadə etməsi üçün dəmir əlcəyini taxması vacib idi. Qızıl kəməri taxdıqda isə Thorun gücü 2-3 dəfəyə qədər artırdı. Thor keçiləri Tanngniost və Tanngrisniri acanda kəsib yeyirdi və sonra onlar yenidən canlanırdılar. O, qızıl saçlı Sif ilə evlənir. Bu evlilikdən onun Ul, Turt, Lorid, Modi və Maqni adlı uşaqları olur. Thor Raqnarok günü ən böyük düşməni ilan Jormugandrı öldürsə də, onun zəhərli sancmaları nəticəsi ilə bir müddət sonra özü də ölür.

Loki

İlginç Proqnozlar

Tanrılar tərəfindən məğlub edilmiş Loki

Skandinaviya tanrıları arasında pisliklər tanrısı olaraq bilinir. Loki tanrıların birləşib yendiyi buz divlərdən biridir. Onun atası Farbauti, anası isə Laufeydir. Döyüş vaxtı Loki Buz divləri haqqında vacib məlumatları Aesir tanrılarına verib. Buz divlərinə qarşı olan bu xəyanət səbəbi ilə Aesir tanrılarından olan Odin onu qan qardaşı olaraq qəbul edib. Lakin sonra kor Tanrı Hodriyi aldadaraq Odinin oğlu Balderi öldürtdürən Lokiyi Odin qan qardaşlığından çıxarır və dünyanın dərinliklərində bir mağaraya həbs etdirir. Onu da deyək ki, Loki zahiri görkəmini dəyişmə gücünə də sahib idi. Lokinin Angrboda ilə evliliyindən Jormungandr ( Thorun ölümünə səbəb olan düşməni),  Fenrir ( Odinin qatili) və Hel adında uşaqları olur. Sigynlə olan evliyindən isə Narfi və Vali adında uşalaqrı var. Raqnarok günündə isə Loki Odinin oğlu Heimdal ilə döyüşür. Ancaq döyüşü heç biri qazana bilmir və hər ikisi ölür.

Raqnarok

İlginç Proqnozlar

Sonu öncədən bilinən tanrı

Skandinaviya əfsanələrinin digərlərindən fərqi odur ki, tanrılarının sonu və kim tərəfindən öldürüləcəkləri əvvəldən bəlli olur. Buna Raqnarok deyilir. Skandinaviya əfsanələri burada yaşayan insanların xristianlıqdan əvvəl olan dinləri, inancları və əfsanələridir. Skoll Raqnarokda günəşi udacaq olan qurddur. Hati adında olan qardaşı isə Mani adı verilən ayı qovalayır. Ragnarok günü çatdıqda hər ikisi həm Skoll həm də Hati öz məqsədinə çatır.

Kulin Kambi

İlginç Proqnozlar

Əsgərlərin ruhunu oyadan xoruz

Skandinaviya əfsanəsində Valhuda yaşayan hər sabah cəsur və bacarıqlı əsgərlərin ruhunu oyandıran xoruzdur. Raqnarokun başlanğıcı bu xoruzun tanrılara doğru ötməsi və əjdahaları çağırmasıyla başlayacaq. Raqnarok Skandinaviya əfsanəsində qiyamət günüdür. Raqnarokun yaxınlaşdığı zamanlarda bəzi hadisələr baş verəcək. İnsanlar arasında yalan, xəyanət ve fəsadlıq artacaq. İnsanlar isə bunu normal qarşılayacaq. Bundan başqa , əfsanəyə görə, həmin vaxt qış fəsli çox çətin və uzun olacaq. Hətta günəş belə donacaq. Raqnarokun gəldiyi gün bütün tanrılar aqibətlərini bilmələrinə rəğmən döyüşə hazırlanırlar. Bu döyüşdə döyüşçülər Tanrıların yanında döyüşərlər və var gücləri ilə talelərinə qarşı gəlməyə çalışarlar. Tanrılar hər nə qədər güclü olsa da, öz sonlarını dəyişdirəcək qədər güclü deyillər.

 

Aytəkin Cəlali