Bəyaz çay ta qədimdən bəri Çində geniş istifadə olunur. Bu çay əslində qara çay və yaşıl çayla eyni bitkidən hazırlanır. Kamelya Sinensis (Camellia Sinensis) adlı bitkidən alınan çaylar həm seçilmiş yarpaqlara, həm də işlənmə tərzinə görə müxtəlif cür olur. Bu çaylar eyni bitkidən toplansa da, dadları bir-birindən, tamamilə, fərqlidir.
Bəyaz çay çox faydalı olduğundan xarici ölkələrdən gizli saxlanılır və yalnız imperator ailəsi üçün istehsal olunurdu. Bu çay növü bu gün də ən az istehsal olunan çay növüdür. Bəyaz çay, Kamelya Sinensisin yarpaqları tam yetişmədən yığılır. Yarpaqlar tam yetişmədiyi üçün ağ tüklü bir görünüşə sahibdir. Bəyaz çay adını bu görüntüdən alır.

Bəyaz çayın növləri
Bəyaz çayın bir çox növü var: aroma, tumurcuq və yarpaq sayına görə dəyişir. Ən keyfiyyətli bəyaz çay “gümüş iynə” (silver needle) hesab edilir. Bu çay tamamilə açılmamış yarpaqlardan ibarətdir. Bəyaz çay əl ilə tək-tək yığılır, digər çaylar kimi müxtəlif proseslərdən keçmədiyi üçün daha təbii və faydalıdır.

Sağlamlıq, beyaz çay, kofe, qəhvə

Bəyaz çayın faydaları
• Tərkibindəki katexinlər damarların genişlənməsinə, qan təzyiqinin aşağı düşməsinə və ürək sağlamlığının qorunmasına kömək edir.
• Bu çay kofein tərkibli olduğu üçün piy vəzilərinin əriməsini sürətləndirməyə və arıqlamağa kömək edir.
• Tərkibində antioksidan olduğuna görə radikalların əmələ gəlməsinin qarşısını alır.
• Hüceyrələrin bərpasına kömək edir.
• İmmun sistemini gücləndirir.
• Xolesterolun azalmasını dəstəkləyir.
• Diş sağlamlığı üçün çox faydalıdır.

 

Aytac Ələkbər