Dünyamız əsrlər boyu müxtəlif epidemiyalardan əziyyət çəkib. Bilgisel.az dünya tarixinin ən böyük epidemiyalarını sizə təqdim edir.

1. Hamin Mangha (e.ə 3000-cü il)
Dünya tarixinin ilk epidemiyalarından biri eramızdan əvvəl 3000-ci illərdə ortaya çıxdı. Təxminən 5000 min il əvvəl başlayan bu epidemiya Çində bir kəndi məhv etdi. Ölülərin bədənləri bir evin içinə dolduruldu və ev yandırıldı. Müxtəlif yaşda olan insanlara məxsus sümüklər arxeoloji qazıntılar zamanı ortaya çıxdı. Həmin ərazi “Hamin Mangha” adlandırılır.

2. Afina vəbası (e.ə 430)
Eradan əvvəl 430-cu illərdə Afina və Sparta müharibəsi zamanı ortaya çıxdı. Təxminən beş il davam etdi. 100.000-ə yaxın insan bu virusdan həyatını itirdi. Yüksək temperatur, göz qızarıqlığı, boğaz və dildə qanlı nəfəs və s. xəstəliyin əlamətlərindən bir neçəsidir.

3. Kipr vəbası (250-271)
Bu virusa eramızın 250-271-ci illərində rast gəldik. Kipr vəbasında gündə 5000-dən çox insan həyatını itirdi. Bu vəbaya tutulan şəxslərin bağırsaqları güclü təzyiqlə boşalırdı və sümük iliyində çatışmazlıqlar baş verirdi. Bu səbəblə həmin yerlərdə güclü ağrılara səbəb olan yaralar yaranırdı. 2014-cü ildə arxeoloji qazıntılar zamanı toplu məzar tapıldı. Məzardakı qalıqlarda əhəng aşkar olundu. Bu, həmin dövr insanlarının dezenfeksiya formasıdır.

4. Yustinian vəbası (451-452)
Bizans imperatorluğunun çöküşü vəbaya görə daha da sürətləndi. Bəzi təxminlərə görə dünya əhalisinin 10% -dən çoxu həyatını itirdi. Bu vəba adını Bizans imperatoru Yustiniandan almışdı.

5. Qara ölüm (1346-1353)
Qara ölüm Asiyadan Avropaya yayıldı və özü ilə böyük çöküntülər gətirdi. Avropa nüfuzunun yarısından çoxunu yox etdi. Vəba Avropa tarixinin gedişatını dəyişdi. Ucuz işçi qüvvəsi yox oldu. Yerini daha yaxşı yaşayan işçilərə buraxdı.

6. Cocoliztli epidemiyası (1545-1548)
Cocoliztli (həşərat) epidemiyası Meksika və Amerika da 15 milyon insanın həyatına son qoydu. Həmin dövrdə quraqlıq höküm sürdüyündən ölkələrə zəifləmişdi. Xəstəliyin yayılması da böyük fəlakətlərə yol açdı. Xəstələrin DNT-nə baxanda yüksək temperaturdan əmələ gələn infeksiya olduğu məlum oldu.

7. Amerikan vəbaları (16-cı əsr)
Bu vəbalar Amerikaya səfər edən Avropalı kəşfiyyatçılar tərəfindən gətirildi. Çiçək xəstəliyi daxil olmaqla bir neçə xəstəlik Amerikanın yerli mədəniyyətlərinin çökməsinə səbəb oldu. Yerli nüfuzun 90% həyatını itirdi.

8. Böyük London vəbası (1665-1666)
Qara ölümün Londondakı son böyük epidemiyası 1665-ci ilin aprelində başladı və tezliklə bütün şəhərə yayıldı. İnfeksiyaya gəmirici həşəratlar səbəb olmuşdu. London əhalisinin 15%-i daxil olmaqla, 100 min insan həyatını itirdi. 1966-cı ildə Londonda böyük yanğın başladıldı və 4 gün ərzində şəhərin böyük bir hissəsi yandırıldı.

9. Qrip epidemiyası (1889-1890)
1889-cu ildə başlayan bu epidemiya bir ay ərzində bütün dünyaya yayıldı və 1 milyon insanın ölümünə səbəb oldu. Epidemiya ən pik həddə sadəcə 5 həftədə çatdı. İlk yoluxma xəbəri Rusiyadan gəldi. Hava nəqliyyatının mövcud olmamasına baxmayaraq, virus bütün dünyaya ən sürətli şəkildə yayıldı.

10. İspan qripi (1918-1920)
Təxminən 500 milyondan çox insan İspan qripinə qurban getdi. Birinci dünya müharibəsi zamanı ortaya çıxması virusun yayılmasının sürətləndirdi. Çünki müharibə zamanı insanlar düzgün qidalana bilmirdilər. Bu epidemiya bəzi etnik qrupların yox olmasına da səbəb oldu.

11. AIDS virusu (1981-dən günümüzə)
Bu virus ilk yoluxma olduğundan günümüzə kimi 35 milyondan çox insanın həyatını itirməsinə səbəb oldu. AIDS-ə səbəb olan HIV 1920-ci ildə Afrikada insanlara vurulan şempanze virusundan qaynaqlandı. Virus bütün dünyanı dolaşdı və 20-ci əsrin sonlarında böyük epidemiyaya səbəb oldu. Hazırda bu virusla yaşayan 40 milyon insan var.

12. H1N1 Donuz qripi (2009-2010)
H1N1 virusu 2009-un yaz aylarında Meksikadan dünyaya yayılmağa başladı. Bir il içində 1.4 milyard insan bu virusa yoluxdu. 575 min insanın ölümünə də səbəb oldu. Yoluxanların 80%-i 65 yaşından aşağı idi.

13. Ebola virusu (2014-2016)
Ebola 2014-2016-cı illərdə Afrikada meydana gəldi. 28600 yoluxma halı 11325 ölüm qeydə alındı. Yoluxma hallarının böyük qismi Gine, Liberya ve Sierra Leonedə baş verdi. Bu virusun müalicəsi tapılmadı. Bilinən ilk Ebola faktı 1976-cı ildə meydana gəlmiş və yarasadan qaynaqlandığı açıqlanmışdı.

Aytac Ələkbər