12 Sentyabr 1980-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kənan Evrənin başçılığı ilə həyata keçirilən bu hərbi müdaxilə 1960-cı il 27 May çevrilişi və 1971-ci il 12 Mart  hadisələrindən sonra Türkiyə Cümhuriyyəti tarixində silahlı qüvvələrin rəhbərliyə üçüncü açıq müdaxiləsi hesab olunur. Bu müdaxilə ilə Süleyman Dəmirəlin Baş naziri olduğu hökumət vəzifədən alındı, Türkiyə Böyük Millət Məclisi ləğv edildi. 12 sentyabrın ardından partiyalar ləğv edildi, partiya liderləri əvvəl həbs edildi, ardından mühakimə olundu. 2010-cu il konstitusiya referendumunda, dəyişikliklərin qəbul edilməsiylə, həmin ilin sentyabrında müxtəlif vətəndaş cəmiyyət quruluşları, peşələr və dərnəklər ilə çevrilişdən zərər çəkmiş şəxslər məhkəməyə müraciət etdilər. Beləliklə, “Milli Təhlükəsizlik Şurası” adı altında 12 Sentyabr 1980-cı ildə ölkə rəhbərliyinə əl qoyan hərbi rejimin rəhbərliyinin həyatda qalan üzvləri Kənan Evrən, Nejat Tümər və Tahsin Şahinkaya insanlığa qarşı cinayətlər maddəsi ilə günahkar bilindilər.

Türkiyə, 12 Eylül

Çevrilişin Səbəbləri

12 Sentyabr 1980-ci il çevrilişinin səbəbləri arasında ölkədə yayılan siyasi cinayətlər, 6 Sentyabr günü Konyada Necmettin Erbakanın rəhbərlik etdiyi Qüds Mitinqi göstərildi. Mitinq əsnasında davamlı şəriət çağırışı edilərək, dövlətə qarşı etiraza çevrilmişdi.

Türkiyə, 12 Eylül

“Gözlərimi bağlayıb məni maşına mindirdilər”

40 illik tarixə sahib bu çevrilişin günahsız qurbanlarından olan Yüksəl Avşar o günü belə xatırlayır: “Bir gecə yarısı Ankarada əsgərlər qapımı döyərək, “hərbi vəziyyət” elan olunduğunu və məni aparacaqlarını söylədilər. Gözlərimi bağlayıb, maşına mindirdilər. Məni heç xəbərim olmadığı bir işdə günahlandırmağa başladılar. Bizə 45 gün ərzində nə işgəncələr verdilər. Təsəvvür edin, biri gəlir və sizin üzünüzü qəribə qoxulu yorğanla örtür və gecə sizə nə istəsə onu da edir. 1 il yarım həbsxanada qaldım, sonra “günahsızsan” dedilər və sərbəst buraxdılar”.

 

Mübariz ZƏKİ