Cüzam (Lepra) xəstəliyi periferik sinir sistemi və dəri başda olmaq üzrə bir çox sistem və orqana təsir edən yoluxucu bir xəstəlikdir. Xəstəliyin səbəbi olan basil 1873-cü ildə Norveç həkimi Gerhard Armauer Hansen tərəfindən tapılıb. Hansen basili bəzi xüsusiyyətləri baxımından vərəm xəstəliyinin səbəbi olan koch basilinə oxşayır. Təbiətdə yalnız insan bədənində olan Hansen basilinin süni mühitlərdə çoxalması mümkün olmayıb. Basil insandan əlavə yalnız Cənubi Amerikada yaşayan Armadillo və bəzi siçan növlərində xəstəliyə yol aça bilməkdədir. Bu xəstəliyin yaranmasına, pis qidalanma, avitaminoz, antisanitariya şərait yaradır.

Necə yoluxur?

Güman edilir ki, cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından düşür. İnsanlar arasında yoluxmanın necə olduğu qəti olaraq bilinməməklə bərabər tez-tez və uzun müddət davam edən təmas nəticəsində baş verə biləcəyi düşünülür. Xəstəlik uşaqlara ana südü ilə keçə bilir. Xəstəliyə həssaslıq 3-5 yaşları arasında daha çoxdur. Xəstəlik gedişinə görə 3 tipə – lepratomaq, tuborkuloid, diferensləşməyən tipə ayrılır. Cüzam sağalmayan xətəlikdir. Bu xəstəliyə tutulanlar ömürlərinin axırına qədər insanlardan uzaqda yaşayaraq hər kəsdən gizlənməyə çalışırlar.

Xəstəlik, Cüzam xəstəliyi, Cüzzam, həkim, qorxulu bəla

Əlamətləri

Sümükdə ərimə, aperatsiya, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itməsi, burunda tutulma və qanamaların baş verməsi, dirsək vədizlərdə yaraların əmələ gəlməsi, üzdə yüksək miqdarda şişkinlik, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi. İnsan öz normal görkəmini get-gedə itirərək, qorxunc forma alır. Cüzamlı xəstələrdə qaşlar tökülür, üzdə, qulaq dibində şişkinliklər olur.

Xəstəlik, Cüzam xəstəliyi, Cüzzam, həkim, qorxulu bəla

Cüzam kifayət qədər qorxulu xəstəlikdir.

Vaxtilə Qədim Misirdə, Yaxın Şərqdə, Yaponiyada, Hindistanda geniş yayılıb. Adıçəkilən xəstəliyin 3000 illik tarixi var. Hətta vaxtilə bu xəstəliyə tutulan şəxslər seçilmək üçün xüsusi geyimlər geyinib, boğazlarında zınqırov gəzdirməli olublar.

Müalicəsi

Cüzamlı xəstələrin müalicəsinə düzgün və vaxtında diaqnoz qoyulduqdan sonra başlanılmalıdır. Müalicə ilk olaraq dərman qəbulu ilə aparılır. Bu vaxt ərzində dərmanların müsbət təsiri müşahidə olunur. Lakin müalicəyə gec başlayan xəstələrin sağalması mümkünsüzdür.

Xəstəlik, Cüzam xəstəliyi, Cüzzam, həkim, qorxulu bəla

Dünya Cüzam Günü

Cüzam xəstələrinə diqqət çəkmək məqsədilə hər il yanvar ayının son bazar günü Dünya Cüzam Günü kimi qeyd edilir.

 

Mübariz ZƏKİ