Bu nə 3D, nə də fotoşopdur. İngiltərənin Mançester şəhərində bir mağazanın dəhlizidir.

Belə ki, işiniz dizayn etməkdirsə, müştəri cəlb etmək üçün qeyri-adi bir şey sınamalısınız.

Bilgisel.az məlumat verir ki, Mançester şəhərində yerləşən “Casa Ceramina” mağazası öz müştərilərini təəccübləndirmək üçün qeyri-adi yol tapıb.

Qəribə sənətlər

Qəribə Mağaza – 3D İşlər

Mağazaya daxil olan şəxs ilk baxışdan dəhlizin dalğalı olduğunu və normal bir şəkildə hərəkət edə bilməyəcəyini zənn edir. Amma bu belə deyil.

  • 400 fərdi kafeldən hazırlanan mərtəbə ortada nəhəng bir boşluğa sahib kimi görünsə də, əslində bu bir göz yanıltısıdır. Dəhlizin səthi düzdür.
  • Mağaza sahibləri Şopkirs Dunkan və Armstronq Kok öz müştərilərini unikal bir mərtəbə ilə təəccübləndirməyə qərara verərək, qeyri-adi formada müştəri cəlb etmək üçün belə səth yaradırlar.

 

3D - Sənət Əsərləri

Qorxu yaradan yer

  • “İdeya, kafeldə diqqət cəlb etmək üçün yaradılan optik illüziyadan ibarətdir” – deyə mağaza sahibi qeyd edir.
  • Dunkan və Armstronq belə bir dəhlizi ziyarətçilərin daha yavaş və sakit hərəkət etməsi üçün yaraydıqlarını bildiriblər.
  • Qeyd edək ki, bu dəhlizin yaranması “Alice in Wonderland” filmindən ilham almışdır.

 

Gülayə Mecid