Dünyanın ən çox müzakirə olunan mövzularından biri qadınlardır. Onlar həmişə filosofların və düşüncə insanlarının anlamağa çalışdığı varlıqlardır. Əlbəttə, bu əbəs yerə deyil. Çünki qadınlar həm güclü, həm də zərif varlıqlardır. Onların zərifliyini və gözəlliyini vurğulamaqda isə geyimlərin böyük rolu var.

Təəssüflər olsun ki, hər  geyim istənilən bədən tipində xoş görünmür.  Sırf dəb olsun deyə geyinilən paltarlar sizi qısa və ya kilolu göstərə bilər.

Bədən tipinə görə geyinmək xanımları həm daha gözəl görsədər, həm də özlərini daha yaxşı hiss etmələrinə səbəb olar. Buna görə də, öncə bədən tipinizi yaxşı tanımalı, hansı bədən tipinə sahib olduğunuzu bilməlisiniz.

 

“Armud” bədən tipi

Hansı bədən tipinə uyğunsan

Qadın bədən tipi – Armud

Bu şəkildə bədənə sahib olan qadınların üst hissələri daha dar olub, aşağıya doğru endikcə genişlənir. Bu tipə bədənə sahib olan qadınlar incə belə və balaca sinəyə malikdirlər. Belə xanımlara üst hissəyə geniş olmayan bluzların seçilməsi, beldən aşağı hissələri örtmək üçün tunik və ya uzun pencəklərin geyinilməsi tövsiyə olunur. Şalvar seçərkən açıq rənglərdən uzaq durmalı və tünd rənglərə üstünlük verilməlidir. Çünki tünd rənglər sizi daha incə göstərəcək.

 

“Qum saatı” bədən tipi

Hansı bədən tipinə uyğunsan

Qadın bədən tipi – Qum saatı

Bu, ən çox nəzərə çarpan və arzulanan bədən tipidir. Belə qadınların bədənin yuxarı hissəsində dar geyimlərə üstünlük verməyi arzuolunandır.

 

“Tərs üçbucaq” bədən tipi

Hansı bədən tipinə uyğunsan

Qadın bədən tipi-Tərs üçbucaq

Bu tipə sahib qadınların geniş çiyinləri, normal ölçüdə belləri və beldən aşağı hissəsi dar olub, uzun ayaqları var. Bu tipə bədənə sahibsinizsə, çiyin hissə ilə beldən aşağı hissə bir-birilə uyumlu olmalıdır. Geniş klyoş ətəklər və düşük beli olan, geniş cibli şalvarlar sizi daha yaxşı göstərəcək. Üst hissədə geniş bluzlardan uzaq durulmalıdır. Əks təqdirdə enli çiyinlər daha da geniş görsənəcək.

 

“Düzbucaq” bədən tipi

Hansı bədən tipinə uyğunsan

Qadın bədən tipi – Düzbucaq

Bu tip bədənə malik qadınların belddən yuxarı və aşağı hissələri demək olar ki, eynidir. Bu qadınların ayaqları ümumilikdə incə olduğuna görə qısa ətək geyinə bilərlər. Düz kəsim və genələn ətəklər həm bu ilin trendi, həm də sözügedən bədən tipinə görədir. Qolsuz geyimlər çiyinlərin ortaya çıxmasında əvəzolunmazdır.

 

Ülkər Abdurahmanlı