“Qanlı Qrafinya” adlandırılan Yelizaveta Batori Macarıstanın ən varlı ailələrindən birində anadan olub. Zadəgan ailəsində doğulan Yelizavetanın uşaqlığı problemlərlə dolu idi. Belə ki, onun əmilərindən biri satanist idi, xalası Klara xidmətçilərinə əzab-əziyyət verməkdən həzz alırdı, qardaşı Stefan isə əyyaş idi. 6 yaşlı balaca Yelizaveta övladını Türklərə satmaqda günahlandırılan bir qaraçının edam olunmasının şahidi olmuşdu.Qanlı Qrafinya, Yelizaveta Batori, Erzsebet Bathory, qatil, cinayətkar, cani, əzab Yelizavetada hələ uşaq ikən anormallıq hiss edilirdi. O, 1575-ci ilin payızında 15 yaşında ikən, 25 yaşlı qraf Ferencz Nadasdu (Ferencz Nasdasdy) ilə evləndi və öz soyunu davam etdirmək üçün soyadını ona verdi. Evləndikdən sonra Csetjhe qəsrində yaşamağa başladılar.

Hər şey belə başladı…
Bir dəfə gənc qızlardan biri Qrafinyanın saçını darayanda istəmədən onu incitdi. Bundan əsəbiləşən Yelizaveta ona güclü bir sillə vurdu. Qızın burnundan fışqıran qan Yelizavetanın üz-gözünə sıçradı. Bu qan onun qana olan hərisliyini daha da coşdurdu. Gənc qız öldükdən sonra Yelizaveta onun qanı ilə yuyundu. O, bununla gənc qalmağın yolunu tapdığını düşünürdü. Bundan sonra Yelizavetanın əmri ilə onun nəzarəti altında olan kəndlərdən gənc qızları yığaraq qəsrə gətirməyə başladılar. Qəsrə gətirilən qızlar yerə uzadılır və onların bədəni iti dəmirlərlə deşik-deşik edilirdi.

Qanlı Qrafinya, Yelizaveta Batori, Erzsebet Bathory, qatil, cinayətkar, cani, əzab

Bir müddət sonra Csetjhe qəsri tamamilə işgəncə mərkəzinə çevrildi. Yelizaveta onun üçün hazırlanmış xüsusi qəfəslərin altında qanların axdığı çuxurda yuyunurdu. O, bəzən daxili gözəlliyi üçün hətta qanları içirdi. Yelizaveta bununla daha da gəncləşdiyinə və gözəlləşdiyinə inanırdı. O, bu mövzuda əslində bir qədər haqlı idi. Avropanın bir çox yerində yaşayan qadınlarda ciddi dəmir çatışmazlığı var idi. Aclıq səbəbi ilə kifayət qədər qidalana bilməyən və aybaşı dövründə itirdiyi qanı əvəz edə bilməyən qadınlar xəstə, solğun və zəif idilər. Yelizaveta isə qan ilə dəmir çatışmazlığını yox etdikdə, üzü get gedə çəhrayı rəngə bürünür, saçları daha da parıldayırdı.

Qanlı Qrafinya, Yelizaveta Batori, Erzsebet Bathory, qatil, cinayətkar, cani, əzab“Qanlı Qrafinya”nın sonu

Yelizavetanın nüfuzu ətraf kəndlərdə yayılmışdı. Yelizaveta və Csetjhe qəsri haqqında şayiələr Macarıstan imperatoruna çatdı. Bunun üzərinə, imperator baş nazir eyni zamanda Yelizavetanın əmisi oğlu Qraf Turzo qəsrə basqın etmək üçün tapşırdı. Qraf Turzo 30 dekabr 1610-cu ildə Csetjhe qəsrinə basqın etdi. Onlar qəsrdəki dəhşətli mənzərələrə məəttəl qaldılar. Qəsrin altında təxminən 50 ölü qızın cəsədi tapıldı. Basqından sonra Yelizavetanın köməkçiləri də cəzalandırıldı. Barmaqları kəsildi, atəşə atıldı və yandırıldı.

Qanlı Qrafinya, Yelizaveta Batori, Erzsebet Bathory, qatil, cinayətkar, cani, əzab, qəbr

Yelizavetanın ölümü də asan olmadı. Ölənə qədər öz qəsrində dört tərəfi divarla örtülü, yeməyinin verilməsi və hava alması üçün çuxur olan kamerada qaldı. O bu qəsrdə üç il sağ qalmağı bacardı. Bu illər günəş işığı olmadan zifiri qaranlıqda keçdi.
Bir gün Yelizaveta yeməyini gətirən qulluqçu tərəfindən ölü tapıldı. Otaqda ölü tapıldıqdan sonra cəsədini çölə aparan gözətçilər qrafinyanı günəş işığında görəndə şoka düşdülər. Cəsəd həqiqətən İblisə bənzəyirdi. Ölüm səbəbi araşdırıldığı zaman Yelizavetanın sifilis xəstəsi olduğu ortaya çıxdı. Beləliklə, cəsədin necə fiziki dəyişiklik göstərdiyi də aydın oldu.

Aytac Ələkbər