Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, mayın 8-də əsasən dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında arabir duman olacağı, magistral avtomobilyollarının bəzi yerlərində görünüş məsafəsinin 500-800 m-dək məhdudlaşacağı ehtimalı var.