1959-cu ildə Rusiyada 9 tələbə, eyni zamanda 9 təcrübəli alpinist – İqor Alekseiveç Dyatlov, Zinaida Alekseevna Kolmoqorova (Zina), Lyudmila Aleksandrovna Dubinina (Dubina), Aleksandr Sergeyeviç Kolevatov, Rüstəm Vladimiroviç Slobdin,Yuri Alekseyviç Krivonişenko (Georgi), Yuri Nikolayeviç Doroşenko, Nicolay Vladimiroviç, Semyon Aleksandroviç Zolotarev (Aleksandr), Yuri Yefimoviç (Yudin) Ural dağlarında düşərgə qurduqları yüksəklikiyin ətrafında ölü olaraq tapılıblar. Dünyada alpinistlərin donaraq və ya qar uçqunu səbəbi ilə ölməsi adi hal kimi qəbul olunur. Bu hadisə isə digər alpinistlərin başına gələn faicələrdən çox fərqli və qəribə idi. Hətta bu hadisə o qədər qəribədir ki, üstündən 61 il keçməsinə baxmayaraq, hələ də onların ölüm səbəbi ehtimallardan ibarətdir. Bu hadisəyə şahid olan bir nəfər verdiyi reportajda belə deyib:”Əgər Tanrıya bir sual vermək haqqım olsaydı,o gecə Dyatlov keçidində nə olduğunu soruşardım”. Bu ifadə Dyatlov keçidində baş verən hadisənin nə qədər sirli və qəribə olduğunu bir daha sübut edir. Araşdırmaçıların çoxunun fikrinə görə, Dyatlov keçidi hadisəsi 20-ci əsrin ən böyük sirri hesab edilə bilər. 9 tələbə niyə öldü? Bu hekayə əsl dostluq haqqındadır.

Dyatlov hadisəsi 1959

9 Alpinist 9 müəmmalı ölüm

Bu hadisə Kholat Syakhl (Bu ərazi yerli xalqı olan Mansilər tərəfindən “Ölüm dağı” adlandırılıb) ərzasində yaşanıb.Sonradan isə hadisə qrup lideri Alekseyviç Dyatlovun soyadı ilə Dyatlov keçidi hadisəsi adlandırılıb.

9 tələbə düşərgə qurmaq üçün Ural dağlarına qalxmağa başlayır. Tələbələrin yanında fotokameralarının və “Dyatlov” adı verdikləri gündəliklərinin (bu gündəliyi ortaq istifadə ediblər və başlarına gələnləri ora qeyd ediblər) olması bəzi qəribə faktların ortaya çıxmasına səbəb olub.

 

Müəmmalı ölümlərlə bağlı bir neçə versiya var

Dəhşətli hadisə 2 fevral gecəsi

Ölümləri çox Müəmmalı və Qorxuncdur

Gündəlikdən bəzi hissələr: “30 yanvarda səhər hər kəsi Kolevatovun səsi oyandırdı. Hava hələ də bizə gülümsəyirdi. Hazırlanmağımız bir az uzun çəkdi, əşyalarımızı götürdük. Yurka xəstələndiyi üçün bu gün evə qayıdır. Xüsusilə də ondan ayrılmaq mənə çox pis təsir etdi. 11:45-də yola çıxdıq. Bu ilki qar yüksəkliyi ötən ilə nisbətən çox az idi. Bu səbəbdən də tez-tez dayanıb yeləklərimizdəki sulu qarı təmizləməli olurduq. Saat 17:30-da bir keçiddə dayandıq. Bu, çadırda ilk gecəmiz idi. Bəzi tələbələr sobanı yandırmağa çalışır, bəziləri isə çadırı qururdu. Hər şeyi tam edə bilməsək də, axşam yeməyinə oturduq. Yeməkdən sonra ocağın ətrafında bir xeyli deyib güldük. Duyğulu mahnılar oxuduq. Hətta bizim Zina mandolin öyrənməyə çalışdı. Sonra yeni bir mübahisə mövzusu açdıq. Son zamanlar ən çox mübahisə etdiyimiz mövzu sevgi olurdu. Söhbətimizi bitirdikdən sonra çadırımıza girdik. Soba ətrafa istilik verirdi. Uzaq bir küncə mən və Zina yerləşdik. Heç kəs sobanın altında yatmaq istəmədi, biz də ora Yorqayı yerləşdirməyə qərar verdik. Çadırın digər ucunda isə bu gecəki növbətçimiz Şaşa var idi. Yorqa sobanın istisinə dözməyib yer dəyişdirdi və bizə bəddualar etdi, bizi xain adlandırdı. Bu hadisədən sonra gec də olsa yatdıq.”
İmza: Dubina

” Çalışdım amma bacarmadım.” İmza: Kolyatibus

Saşa və Dubina

Saşa və Dubina

“1 fevral 1959. Bu gün Saşanın ad günüdür, onu təbrik edib bir portağal hədiyyə etdik. O isə portağalı həmin an 9 yerə böldü və bizimlə paylaşdı. Bəzilərimiz çadıra girdik və axşam yeməyi bitənə qədər çıxmadıq. Qısacası bir günümüzdə bitdi.” İmza: Zina.

Cəsədlərdən birinin dili çıxardılıb

Dili çıxardılan cəsəd

Donma səbəbi ilə necə bir insanın dili yoxa çıxa bilər ki…

Bu yazı gündəlikdəki son yazıdır və dəftərin digər vərəqləri boşdur. Fevralın 1-nə qədər hər gün yazılan gündəliyin burda dayanması onu göstərir ki, bu hadisə Fevralın 2-də baş verib. O gün nə yaşandığı bilinməsə də, ortaya çox fikirlər atıldı. Bu komanda bir neçə gün içərisində dönüş üçün mərkəzə xəbər verməli idi. Amma bu xəbər gəlmədi. Aradan bir neçə gün keçdikdən sonra qrupun qaldığı çadır tapıldı. Çadırın üzəri qarla örtülmüşdü. Ən qəribəsi isə çadır içəridən çölə doğru bıçaqla kəsilmişdi. Çadırın ətrafında isə balta, fotokamera, gündəlik və qrupa aid digər əşyalar tapıldı. İçəridə isə yeməklər və digər şeylər öz yerində idi. Buradan belə nəticəyə gəlinir ki, tələbələr hər şeylərini orada qoyub və qaçıblar. Az bir vaxtda çadırın 1-2 km uzaqlığında iki tələbənin cansız bədəni tapıldı. Daha sonra digər cəsədlər də bir-bir tapılmağa başladı. Tapılan cəsədlərin birinin baş dərisi çıxarılıb, sümükləri qırılmışdı. Digər cəsəd də eyni vəziyyətdə idi. Bu necə ola bilər, axı? Cəsədlərin tapılmasında iştirak edən məhkəmə tibbi eksperti deyir: “Mən bəzi şeyləri paketləyirdim həmin vaxt həkimin qışqırdığını eşitdim. Ona yaxınlaşdıqda cəsədin kəsilmiş baş dərisinin altında əzilmiş kəllə sümüyünü gördüm. İki cəsəddə də kəllə sümüyü eyni vəziyyətdə idi. Həmin dəqiqə telefonu götürdüm və Lovzada iclasda olan kriminalist İvanova zəng etdim. Olanları ona danışdım, o şoka düşmüş halda buna inanmadı, “ola bilməz”, dedi. Mən isə onlardan hadisə yerinə gəlməyi tələb etdim. Gələnlər arasında kimlərin olduğunu tam xatırlamıram, amma İvanov şəxsən gəlmişdi. Bu hadisə bizi çox sarsıtdı, heç kimin hadisə barədə açıqlama verməməsi isə bizi getdikcə qorxudurdu”.

Məlumat vərəqlərində cəsədlərin kəllə sümüklərinin 17 sm-ə qədər deşildiyi yazılırdı. Kimsəsiz bir yerdə 9 tələbənin çadırlarını bıçaqla kəsərək qaçdıqlarına görə, bəs çadırın qapısını açan kim idi? Yoxsa bu hadisəni törədən naməlum bir varlıq idi? Cəsədlərin bəzilərində heç yara izi olmadığı halda, bəzilərində yaraların olması hadisəni daha da müəmmalı edirdi. Bir cəsədin isə gözləri yox idi. Daha da betəri isə dilinin kökündən yox olması idi.

Bir şəxs məhkəmə ekspetizasının cavabları haqqında deyir: ” Məndə məhkəmə ekspertizasının cavabları var. Bu cavabların hansı cəsədə aid olduğunu söyləyə bilmərəm, çünki buna haqqım yoxdur. Cəsədin dili kökündən kəsilib. Donma səbəbindən bir dil necə yoxa çıxa bilər ki?! Tələbələr necə bir zərbə alıb sualı isə cavab gözləyir.”

Dyatlov hadisəsi

Dyatlov Hadisəsinin Qəhrəmanları

Bəzi araşdırmaçılar bunu Mansilərin etdiyini düşünür. Ancaq sonradan ərazidə tələbələrdən başqa heç kimin ayaq izinin tapılmaması bu fikirin yalnış olduğunu ortaya çıxardı. Digər bir fikir isə rus əsgərlərinin xüsusi silahların test edilməsi nəticəsində öldükləri versiyasını ortaya çıxır. Bəs, 1959-cu ildə bu qədər güclü silahlar var idimi? Amma bu fikir haqqında şübhələri daha çox artıran isə axtarış zamanı baş çavuşun dağda bəzi yerlərə baxmağa icazə verməməsidir. Kimsəsiz bir dağda niyə baxılmayacaq yerlər olsun ki? Bəlkə cəsədlərdən orada olanı var idi. Belə çıxır ki, baş çavuş hadisə barədə nəsə bilirdi.
Digər ehtimal hadisənin yad planetlilər tərəfindən törədilməsidir. Bu fikri ortaya çıxaran fotokameralarında tapılan son şəklin qəribəliyi və ordan 50 km uzaqda bir qrupun həmin gecə səmada parlaq yad cisim gördüklərini iddia etmələri idi. Sonradan isə bunun “R-7” raket testi olduğu deyilir. Hadisə yerində şübhəli bir metal da tapılır və onun şəkli çəkilir. Lakin bu metal ictimaiyyətlə bölüşülmür. Araşdırmalar nəticəsində isə cəsədlərdə radiasiya dalğalarının olduğu müəyyən edildi. Buradan belə fikir yaranır ki, alpinistlər raket partlamsı nəticəsində ölüb. Lakin iki cəsəddə qırıqların olması bu ehtimalı gözdən çıxarır. Bundan başqa bu hadisə ilə bağlı Yuti nəzəriyyəsidə irəli sürülüb. Çünki mütəxəssislər bu cür zərbələri insanın edə bilməyəcəyini, yalnız avtomobil qəzalarında ola biləcəyini deyib. Bu nəzəriyyə də gerçəyə uyğun deyildi.
Rus polisləri bu hadisəni 1959-cu ilin may ayında bağladı və alpinistlərin bilinməz bir güc tərəfindən öldürüldüyünü qeyd etdi. Hadisə ilə əlaqədar “Sirlərin Bədəli” , “9 Yaşam” və daha bir çox kitab yazıldı. Bu hadisə gec-gec gündəmə gəlsə də, öz gizliliyini hələ də qoruyub saxlayır.

Aytəkin CƏLALİ