Qadınlar və kişilərin təzadlı zövqlərinə maşınlar da daxildir. Belə ki, kişilər maşın seçimlərində daha çox performans və stilə önəm verdikləri halda, qadınlar çox güman ki, analıq instinktlərinə dayanaraq təhlükəsizlik, rahatlıq və etibarlılığı seçirlər. 

 

Araşdırmalara və ekspertlərə istinadən, qadın sürücülər maşınlarda təhlükəsizliyə, praktikliyə, etibarlılığa və rahatlığa üstünlük verdikləri məlum olub.

 

“Avtomotive Group”-un direktoru Jill Trottanın sözlərinə görə, qadınlar istifadəyə rahat maşınlara üstünlük verirlər və buna görə maşın seçərkən idarə etməsi rahat və uşaqları aparıb-gətirməyə əlverişli olan maşınlara diqqət yetirirlər. “Hyundai” və “Kia” firmaları bu məsələdən xəbərdar olduqları üçün, istehsal etdikləri maşınlarda bu ehtiyacı qarşılamağa çalışdıqlarını bildirirlər.

 

Avtomobil sahəsində araşdırma və axtarış saytı olan “İSEECARS” 3 ilə yaxın bir müddət ərzində 500 000 istifadəçi axtarışı və 54 milyon maşın satışına əsaslanaraq bir araşdırma aparıb və nəticələr ictimaiyyətə açıqlanıb. Bu araşdımaya əsasən, aşağıda adı çəkilən 10 maşının perspektivli alıcılarının 60%-nin qadınlar olduğunu üzə çıxarıb.

 

Həmin 10 avtomobili təqdim edirik:

 

  1. HYUNDAI Tucson
Qadınlar bu maşınları bəyənir

Hyundai Tucson – Qadınların sevimli maşını

Qadınlar tərəfindən irəli sürülən bir çox meyarlara cavab verən bu kompakt krossover SUV modelinin siyahının zirvəsində yer alması heç də təəccüblü deyil. Bu model yeni buraxılışı ilə daha da cəlbedici olur.

 

  1. NİSSAN Versa
Qadınların bəyəndiyi avtomobil

Xanımların sevimli maşını

Nissanın bu heçbək mini MPV modeli dünya avtomobil bazarlarında yoxlanılmış və inanılmış bir model kimi tanınır. “Versa” həmçinin park edilməsi çox asan olan bir modeldir. O eyni zamanda çox əlverişli və sadədir. İlk maşın kimi çox məsləhət görüləndir.

 

  1. Wolkswagen Beetle
Qadınların bəyəndiyi avtomobil

Qadınların sevimli maşını

Şübhəsiz ki, siyahıdakı ən xarizmatik maşındır. Bu 3 qapılı kompakt “Volkswagen”  öz praktikliyini qeyri-adi retro görünüşünə və böyük arxa qapısına borcludur.

 

  1. KİA Forte

 

Xanımların sevimli avtomobili

Qadınların üstünlük verdiyi avtomobil

Trottanın sözlərinə görə Kia Forte münasib qiymətli maşındır və bu qiymətə bir çox maşınlarda olmayan xüsusiyyətlər və imkanlar təklif edən avtomobil həm də çox gözəl dizayna malikdir.

 

  1. Ford Fiesta
Qadınlar tərəfindən bəyənilən maşınlar

Xanımların sevimli maşını

“Fiesta” subkompakt faydalılıq kategoriyasına daxildir. Balaca ölçülü olmasına baxmayaraq, yüksək təhlükəsizlik dərəcəsinə, daxili otağa və geniş baqaja sahibdir.

 

  1. Kia Sorento 
Qadın sürücülərin sevimli avtomobili

Xanımların sevimli maşını

3-cü nəsil  istehsalı üçün bu ailəvi, orta ölçülü (5-7 sərinişin üçün uyğundur) model praktikliyini və istifadəyə asanlığını inkişaf etdirmək üçün daha uzun və daha alçaq şəkildə yenidən yığıldı

 

  1. Jeep Patriot
Qadınların sevimli avtomobilləri

Xanımların sevimli maşını

 

 

“Patriot” modelinin istehsalı keçən il dayandırılsa da, “Jeep” dillerlərində stoklar tükənməyə doğru gedərkən, yepyeni modellərə hələ də rast gəlmək mümkündür.

 

  1. Mitsubishi Outlander
Qadınlar tərəfindən bəyənilən maşınlar

Xanımların sevimli maşını

Siyahıdakı yeganə modeldir ki, istəyə bağlı olaraq V6 mühərriki təklif edir. Bu balaca idman maşını bir az daha geniş yer və çox çeşidli siqnallara sahibdir.

 

  1. Kia Rio
Qadınların bəyəndiyi avtomobil

Xanımların sevimli maşını

Bu modelin 2000-ci ildən bəri 4-cü seriyasıdır və öz seqmentində ən güclü motora, ən rahat arxa uşaq oturacaqlarına sahibdir.

 

  1. Kia Soul
Qadın sürücülərin sevimli avtomobili

Xanımların sevimli maşını

Kvadrat formalı “Soul” qadın sürücülərə daha əlverişli şərtlər təklif edir. Belə ki, “Soul” böyük baqaj, geniş oturacaqlar, daha aşağı istehal qiyməti və yüksək təhlükəsizlik dərəcəsinə malikdir.

 

Aydın Nuri