Karantin günlərində həm ruhən, həm də cismən yoruluruq. Yuxu rejimimiz də demək olar ki, yox səviyyəsindir. Ancaq bizi rahatlada bilən bəzi metodları tətbiq etsək, həm əhvalımızı bərpa edə, həm əsəblərimizə nəzarət edə, həm də yuxumuzu rejimə sala bilərik.
Bilgisel.az mütəxəssislərin tövsiyə etdiyi bu metodları sizə təqdim edir:
Əsəblərinizi sakitləşdirin və gülümsəyin
Yorğunluğun qarşısının alınması
- Özünüzü yorğun hiss edən kimi üzü üstə döşəməyə uzanın. Bütün gücünüzlə dartının, əgər istəsəniz hətta bir böyrünüzdən digər böyrünüzə yumarlanın.
- Gözlərinizi yumun, sakitləşin və professor Consonun məsləhət etdiyi kimi təsəvvür edin : “Təbiət sakitdir. Mən isə təbiətin övladı kimi kainatla harmoniyadayam”. Buna bənzər digər sözlər də deyə bilərsiniz.
- Əsəblərinizi aramla, dərin nəfəs alıb verərək sakitləşdirin. Ritmik tənəffüs əsəbləri sakitləşdirir. Bu, Hindistan yoqalarının ən çox istifadə etdiyi bir metoda çevrilib.
- Sifətinizdəki bükük və qırışlar haqqında düşünün və onları hamarlaşdırmağa çalışın. Qaşqabaq tökəndə qaşlarınızın arasında yaranan büküşlərə diqqət edin, onu gülmsəyərək də yox edin.
- Ruhunuzun qida mənbəyi olan mütaliə ilə məşğul olun. Çoxlu fərqli kitablar oxuyun.
Məşq və fizi işlər görün
Yuxu rejimi
1) Əgər siz yata bilmirsinizsə, qalxıb yuxunuz gəldiyini hiss edənə kimi mütaliə edin.
2) Yadda saxlayın ki, indiyə kimi yuxu çatışmazlığından heç kim ölməyib. Yuxusuzluğa görə narahat olmaq, onun özündən çox ziyan gətirir. Buna görə də narahat olmaq yerinə , sadəcə çalışıb sağlam rejimə salın.
3) Fiziki məşqlər və ya işlər görün. Özünüzü elə bir fiziki yorğunluğa çatdırın ki, oyaq qalmağa halınız olmasın.
Problemlərimiz
Əgər hansısa etməli olduğumuz işi vaxtında həll etmiriksə, bu, bizim həm özümüzə qarşı güvənsizliyimizin yaranmasına səbəb olacaq, həm də işin gözləməsi problemimizə çevriləcək. Yəni, etməli olduğumuz işlər bizim problemlərimiz və narahatlığımızdır. Rahatlığımız və özgüvənimiz üçün hər işi vaxtında edək.
Gülayə Mecid