Altsheymer xəstəliyi demensiya növlərindən ən geniş yayılmışıdı. Yaşla əlaqədar beyin hüceyrələrinin neyrodegenerasiyası nəticəsində yaddaşın tədricən itməsilə müşayiət olunur. Bu xəstəlik son illər barəsində ən çox danışılan patologiyalardandır. Buna səbəb isə tibbin və yaşayış standartlarının artmasıyla bağlı insanın əvvəlkindən daha çox yaşamasıdır. Altsheymerə bəzən “beynin taleyi” də deyirlər. Sanki təbiət özü beynimizə zamanı gəldikdə işə düşəcək özünüməhv mexanizmi yerləşdirib.

Altsheymer xəstəliyi doktor Alois Altsheymerin adından götürülüb. 1906-cı ildə doktor Alzheimer qeyri-adi bir ruhi xəstəlikdən ölən qadının beyin toxumasında dəyişiklikləri müşahidə edib.

 

Əlamətləri

Yaddaş itkisi Altsheymer xəstəliyinin əsas əlamətidir. Düşüncə, davranış və sosial bacarıqların davamlı şəkildə  azalması, insanın müstəqil fəaliyyət qabiliyyətini pozur. Xəstəliyin erkən əlamətləri son hadisələri və ya söhbətləri unutdura bilər. İrəlilədikcə şiddətli yaddaş pozğunluğu inkişaf edir və insan gündəlik vəzifələri yerinə yetirə bilmir.

Xəstəlik beyində bir sıra problemlər yaradır:

  • Depressiya
  • Apatiya (laqeydlik halı, müəyyən hərəkətlərə meylin, marağın olmaması)
  • Başqalarına inamsızlıq
  • Qıcıqlanma və aqressivlik
  • Yuxu vərdişlərindəki dəyişikliklər
  • Adlar və yerləri xatırlaya bilməmək
  • Danışmaq, yazmaq, oxumaq qabiliyyətinin itirilməsi
  • Emosional dəyişikliklər

 Xəstəliyə genetika ilə yanaşı bəzi xəstəliklər də təsir edir

Altsheymer Xəstəliyi Necə Başlayır

Xəstəliyi hərəkətə gətirən səbəblər

 

Səbəbləri

Alimlər hesab edirlər ki, əksər insanlarda Altsheymer xəstəliyi zamanla beyinə təsir edən genetika, həyat tərzi və ətraf mühit amillərinin birləşməsindən qaynaqlanır.

Xəstəliyin dəqiq səbəbləri tam olaraq aydın deyil. Ancaq əsas olaraq normal fəaliyyət göstərməyən, beyin hüceyrələrinin (neyronların) işini pozan və bir sıra zərərli hadisələri ortaya çıxaran beyin zülalları ilə bağlı problemlər özünü göstərir. Neyronlar zədələnir, bir-birləri ilə əlaqələrini itirir və nəticədə ölürlər.

Tədqiqatlar alzheimer xəstəliyinin inkişafında və gedişində genetikadan kənar bir çox amillərin rol oynaya biləcəyini göstərir: ürək-damar xəstəlikləri ,  yüksək qan təzyiqi , diabet, piylənmə və s.

 

Diaqnoz necə qoyulur?

Altsheymer diaqnozunu qoymaq üçün həkimlər:

  • Şəxsin ailə üzvünə və ya dostuna ümumi sağlamlıq, resept və həddən artıq dərman vasitələrinin istifadəsi, pəhriz, keçmiş tibbi problemlər, gündəlik fəaliyyətini həyata keçirmə qabiliyyəti, davranış və şəxsiyyətindəki dəyişiklikləri barədə suallar verir
  • Yaddaş, problem həlli, diqqət, sayma və dil testlərini aparır
  • Problemin digər mümkün səbəblərini müəyyən etmək üçün qan və sidik testləri kimi standart tibbi testlər aparır

 

Alzheimer olan insanlar gündəlik olaraq maşın sürmək, yemək bişirmək və ya ödəmə kimi işlər görməkdə çətinlik çəkirlər. Eyni sualları təkrar-təkrar soruşa,  əşyalarını itirə və ya qəribə yerlərə qoya və hətta çaşqınlıq gətirən sadə şeyləri də tapa bilər. Xəstəlik irəlilədikcə bəzi insanlar narahat, hirsli və ya hiddətli olurlar.

Altsheymerin müalicəsi yoxdur

Altsheymer Xəstəliyi Necə Başlayır

Xəstəliyin müalicəsi

Müalicəsi

 

Altsheymer xəstəliyi adətən yaşlı insanlarda – 60-70 yaşlarda müşahidə olunur. Əhalinin orta yaş dövrünün artması ilə əlaqədar bu xəstəliyin artma tezliyi yüksəlib.

 

Hal-hazırda Altsheymer xəstəliyinin heç bir müalicəsi yoxdur. Buna baxmayaraq, bəzi simptomları müvəqqəti yüngülləşdirən və bəzi insanlarda onların inkişafını yavaşladan dərman müalicəsi mövcuddur. Altsheymer xəstələrinin beyinlərində kimyəvi maddə asetilxolin çatışmır. Beyni mövcud asetilxolinlə təmin edən dərmanlar var.

 

2002-ci ildə Böyük Britaniyada Eksiba adlı (ticarətdə adı memantinedir) dərman buraxılıb. Eksiba digər dərmanlardan fərqli təsir göstərir, orta və ciddi Altsheymer xəstələri üçün tövsiyə olunan yeganə dərmandır. Əks təsirləri isə baş gicəllənməsi, baş ağrıları və yorğunluq, nadir hallarda isə hallüsinasiya və ya özünü itirmə ola bilər.

 

Bu dərmanlar çarə deyil. Sadəcə müəyyən vaxt çərçivəsində, xüsusilə də,  6-12 ay ərzində xəstəliyin simptomlarını sabitləşdirə bilərlər.

Xəstəlik ilkin mərhələdə aşkar olunarsa, onun ağırlaşmasının qarşını almaq, vaxtını uzatmaq mümkündür.

 

Bəyim İsmayılova