Hər insan həyatında ən az bir dəfə də olsa baş ağrısıyla qarşılaşır. Baş ağrısı başda və bəzən də boyun hissədə olan ağrılara verilən ortaq addır. Bu ağrı çox vaxt təhlükəsiz olur və özü tədricən keçir.
Baş ağrısı nədən yaranır? Buna bir sıra problemlər səbəb ola bilər: stres, miqren, göz yorğunluğu, aşağı olan qan şəkəri və sinuzit ( sinusların iltihabı). Baş ağrısının nadir səbəblərinə isə meningit (beyində olan iltihablı xəstəlik), anevrizmalar ( bədənimizdəki ən böyük aorta damarının müəyyən səbəblərdən diametrinin artması və genişlənməsi), təzyiq və beyində yaranan şişlər aid edilir.
Baş ağrısının növləri:
Baş ağrıları simptomatik və birincil olmaqla iki qrupa bölünür. Simptomatik baş ağrıları hər hansı bir xəstəliyin şikayəti kimi ortaya çıxır. Belə demək mümkündür ki, ümumi soyuqdəymənin əlamətlərindən biri də baş ağrısı ola bilər. Yəni bu zaman ağrı hər hansı bir xəstəliyin xəbərçisidir. Birincil qrupda isə söhbət müstəqil bir xəstəlikdən gedir və bunun üçün xüsusi yanaşma tələb olunur. Birincil baş ağrılarının növləri: miqren, gərginlik baş agrıları (bu zaman gicgah və ya ənsə nahiyəsində, bəzən isə bütöv başda intensivlikli ağrı qeyd edilir), klaster baş ağrıları ( daha çox gicgah və ümumən başın bir hissəsini əhatə edən ağrı), paroksizmal hemikraniya (klaster baş ağrılarına bənzəyir, lakin ondan fərqli olararaq ağrılar qısa çəkir, amma tez-tez təkrarlanır. Gündə 40 dəfəyə qədər təkrarlana bilir), KQBNA ( konyiktivanın qızarması və göz yaşının axması ilə qısa müddətli birtərəfli nevralgik baş ağrıları), hemicrania və continua ( gündəlik ,davamlı olan baş ağrıları).
Necə aradan qaldırmaq olar?
Çox az hallarda ortaya çıxan, tez-tez təkrarlanmayan baş ağrıları üçün özümüz tədbir görə və onun qarşısını ala bilərik. Bu zaman istənilən ağrıkəsicidən istifadə edə bilərik. Ağrıkəsici qəbul edən zaman mütləq onun qəbul qaydalarını bilmək lazımdır. Çünki bir sıra dərmanlar var ki, onlar mədəyə zədələyici təsir göstərir. Bunun üçün də o dərmanlar mütləqdir ki, yeməkdən sonra qəbul edilsin. Məsələn “Aspirin”, “Voltaren” və “İbuprofen” bu cür dərmanlardandır. Qeyd edək ki, “Paracetamol” baş ağrılarına qarşı güclü təsir göstərsə də, onun həddən çox qəbulu qaraciyər çatışmazlığına səbəb ola bilər. Uzun müddət qapalı yerdə qalan, nikotin və alkaqol qəbul edən və gərginlik baş ağrıları olan insanlar təmiz havaya çıxmaqla, alkaqol və nikotin qəbulunu azaltmaqla, gimnastika və gəzinti ilə də baş ağrılarını aradan qaldıra bilərlər.
50 yaşdan yuxarı yaranan baş ağrıları çox təhlükəlidir
Bəs nə zaman həkimə müraciət etmək lazımdır?
Həkimə o zaman müraciət edilməlidir ki, sizdə baş ağrıları həddən artıq çox tez-tez təkrarlanır, bu baş ağrıları sizdə ürək bulanma,yaddaşın zəifləməsi və temperaturun yüksəlməsi ilə müşayiət olunur , 50 yaşdan sonra yaranan kəskin baş ağrıları zamanı mütləq həkimə müraciət edilməlidir. Bu sayqdıqlarımız hər hansı xəstəliyin göstəricisi ola bilər və buna bir mütəxəssisin diaqnoz qoyması vacibdir. Bu hallarda əvvəlcə sizin terapevtə müraciət etməyiniz gərəklidir. Daha sonra isə terapevtin göstərişi ilə nervopatoloqa, diş həkiminə və burun-boğaz həkiminə göndərilə bilərsiniz.
Baş ağrısı başda və bəzən də boyun hissədə olan ağrılara verilən ortaq addır. Bu ağrı çox vaxt təhlükəsiz olur və özü tədricən keçir.
Bəli, ola bilər ki, ağrıkəsicilər bir müddətlik ağrını yox etsin. Amma bilməliyik ki, çox və yersiz ağrıkəsicilərin qəbulu digər orqanlarımızda ağırlaşmalara səbəb olur. Məsələn, böyrək və qaraciyər zədələnmələrini buna misal göstərmək lazımdır.
Ağrı ilə mübarizədə təbii üsullar
Baş ağrılarını təbii yollarla da aradan qaldırmaq olar. Nanəni çay olaraq deyil, yağ olaraq istifadəsi baş ağrıları üçün çox faydalıdır. Nanə yağından istifadə zamanı o, qanın aktivliyini gücləndirir və baş ağrısını azaldır. Bundan başqa qaynamış su üzərinə 3-4 damla nanə yağı töküb onun buxarı ilə sinuzit səbəbindən tutulmuş burnunuzu aça bilərsiniz. Zəncəfilin çay olaraq qəbulu həm baş həm də mədə ağrıları üçün yararlıdır. Çobanyastığı rahatladıcı xüsusiyyətə malikdir. O baş ağrısı səbəblərindən olan stress, gərginlik kimi halları aradan qaldırır.
Aytəkin Cəlali